Əmirəlmöminin İmam Əli (ə) buyurur
Mьəllif: admin1
Tarix: 6-07-2017, 09:04

1."Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”

2. "Kim özünü hesaba çəksə, səadətə yetişər.”

3."Məsləhət edən şəxs xatadan amanda qalar.”

4. "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”

5."Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

6."Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

7. "Allahdan həya etmək bir çox günahları aradan aparır.”

8. "Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”

9."Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”

10. "Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: Danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

11."Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

12. "Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”

13. "Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”

 

www.ahliman.info

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031