Ramazandan sonra
Mьəllif: admin1
Tarix: 28-06-2017, 11:51

 Ustad Məhəmməd Baqir Təhriri elmi hövzəsinin informasiya şəbəkəsi ilə söhbətində deyib:


Allahın lütf və kərəmi sayəsində günahlarımızın bağışlandığı bir şəraitdə əziz bəndəlik ayı olan ramazanla vidalaşdıq. Daha mühüm olan budur ki, fitr bayramından sonra da bu mənəvi halı özümüzdə qorumağa çalışaq. Doğrudur ki, bu ayın xüsusi bərəkət və rəhməti çoxdur. Hər halda mömin o şəxsdir ki, başqa aylarda da özünü günahdan qoruya bilsin. Bizim xoşbəxtlik və Allaha yaxınlaşma yolunda kömək edən amil var. Bu amil kamillik istəyində olan fitrəti tanımaqdır. Qurani-Kərimin hətta bir surəsinə iman gətirmək fitrətimizi oyadıb, bizi günahdan qoruya bilər. Ramazan ayında Quran tilavəti, dua və minacatla, xüsusilə tövbə ilə əldə etdiklərimizi ramazandan sonra əldən çıxarmaq heyf olar. Ramazan Quran, dua və minacat mərasimlərində iştirak etmək üçün münasib fürsət idi. Ramazandan sonra da Quranla ünsiyyəti, dua və münacatları davam etdirmək lazımdır. İmkan həddində belə mərasimlərə qatılmaq faydalıdır. 


Vilayet.info
 
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031