“Çətinliyiniz olanda Hz.Mehdinin (ə.f) anası Nərcis (s.ə) xatuna təvəssül edin”
Mьəllif: admin1
Tarix: 12-06-2017, 19:01

 Ayətullah Müctehidi Tehraninin(r) dilindən Ramazan ayının on yeddinci gününün duasının təfsiri

 

"İlahi, məni saleh əməllərə doğru yönəlt"

Bəziləri Ramazan ayında elə ancaq yeyib yatırlar. İftara o qədər yeyir ki, sübh namazının əvvəl vaxtından sonra durur. Bunun heç bir faydası yoxdur ki. Gecəni və sübhü ibadətdə keçirdin. İftitah və Əbu Həmzə Sumali duasını oxuyun. Radio və televizora başınınızı qatmayın. Onların öz yeri var. Amma Ramazan ayını ibadətdə keçirdin. Səhərlər Quran oxuyun. Keçən dəfə dedim. Bizim qəlblərimiz günah etməkdən paslanıb. Quran oxumaq qəlbin paslanmasını aradan aparar. İstiğfar edin. Yetimlərə əl tutun. Bir sözlə yaxşı əməllər, saleh əməllər görün. Sonra Allahdan istəyirik ki

"Arzu və ehtiyaclarımı rəva qıl"

Allahdan istəyirik ki, istəklərimizi yerinə yetirsin. Hərənin bir istəyi, bir ehtiyacı var. Biri evlənmək istəyir, o biri ev istəyir filan. Allahdan istəyirik bu arzularımızı rəva qılsın. Amma yadımızda olsun ki, ümidimiz ancaq Allah olsun. Əgər başqasına ümid bağlasaq çətin istəyimiz qəbul olsun. Deyirlər o vaxt ki əliniz hər yandan üzüldü, o zaman Allahdan hacətinizi istəyin. Həmçinin təvəssül edin. Övliyalardan biri mənə dedi ki, çətinliyin olanda Hz.Mehdinin(ə.f) anası Nərcis(s.ə) xatuna təvəssül et. Bir dənə Quran xətm edib hədiyyə eləyin istəyiniz üçün. O da öz oğluna deyər bu kəs mənə təvəssül edib, onun hacətini ver. Oğul da əlbəttə ki ananın sözündən çıxmaz. Başqalarlna da təvəssül edə bilərsiz. Amma yaxşı olar Nərcis(s.ə) xatuna təvəssül edəsiz. Mən özüm pul var idi, Ayətullah Təbriziyə çatmalı idi. Quma gəldim. Qumda gördüm ki, pulu itirmişəm. Axtardım tapmadım. Min dənə salavat nəzir edib zikr etdim Nərcis(s.ə) xatuna. Axşam idi, gətirib pulu verdilər ki, pulu tapmışıq. Əlbəttə tapan tələbə idi. Çox da nurani tələbə idi. Görsənirdi ki, gələcəyin ayətullahlarından olacaq. Sonra Allaha dua edirik ki,


"Ey izaha və suala ehtiyacsız"


Sənə izah etməyə ehtiyac yoxdur deyək biz nə istəyirik. Ehtiyac yoxdur hər bir duanı dilinə gətirib Allahdan istəyəsən. Heç məsumlara(ə) ehtiyac yoxdur bir-bir hacətlərini deyəsən. Halımızdan xəbərdardılar. Denən sən mənim çətinliklərimi bilirsən. Özün kömək ol bu ehtiyaclarım həll olsun. Və sonra deyirik


"Ey aləmdəkilərin qəlblərindən xəbəri olan"


Bunun üçün sənin qəlbin Allahla olmalıdır ki, Allah da sənin qəlbindəkiləri ödəsin. Çünki deyirik Sən Özün qəlblərimizdən xəbərdarsan.


"Məhəmmədə və onun pak ailəsinə salam və salavatını yetir"


Və sonda Allahdan peyğəmbər və ali peyğəmbərə salam yetirməyi istəyərək etdiyimiz duaların qəbul olmasını istəyirik.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930