Günahların bağışlanılması, cəhənnəm atəşindən azad olmaq, rəhmət ayı
Mьəllif: admin1
Tarix: 24-03-2024, 11:37
Günahların bağışlanılması, cəhənnəm atəşindən azad olmaq, rəhmət ayı
Günahların bağışlanılması.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını ona görə belə adlandırıblar ki, günahları yandırar”.

Həzrət (s) başqa yerdə buyurur: "Hər kim Ramazan ayını imana, Allaha və savabına xatir oruc tutarsa və ibadət edərsə - keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman və İlahi savab ümidi ilə ibadətə dayanarsa, keçmiş günahları bağışlanar”.

"Ramazan ayı o aydır ki, Allah onun orucunu sizə vacib buyurmuşdur. Ona görə də hər kim onda iman və İlahi savab ümidi ilə oruc tutarsa, günahlarından çıxar, anasından doğulduğu gün kimi olar”.

"Hər kim Ramazan ayını oruc tutar və onu sədəqə ilə sona vurar və qüsl alaraq namaza gedərsə - bağışlanmış halda qayıdar”.

"Allah mələklərinə əmr edər ki, Ramazan ayının hər günündə car çəksinlər: "Ey Mənim bəndələrim! Sizin keçmiş günahlarınızı bağışladım və Qədr gecəsində bir-birinizə görə olan şəfaətlərinizi qəbul etdim, məgər o kəs ki, şərabla iftar edər və ya müsəlman qardaşına görə qəlbində kini olar””.

Cəhənnəm atəşindən azad olmaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın hər iftar zamanı atəşdən azad etdikləri vardır”.

"Ramazan ayını azad olmaq adı adlandırırlar. Çünki Allahın hər gündüz və gecəsində 600 azad olanı vardır və həmçinin ayın son günündə keçmişdə (keçən gündüz və gecələrdə) azad etdikləri qədər olar”.

"Allahın Ramazan (ayının) hər gecəsində atəşdən 600 azad olanı vardır”.

İmam Sadiq (ə) buyurur: "Allahın hər Ramazan ayının gecələrində atəşdən azad olanları vardır”.

Rəhmət ayıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan o aydır ki, başlanğıcı rəhmət, ortası bağışlanma və sonu atəşdən azad olmaqdır”.

Həzrət Peyğəmbər (s) "Şəbaniyyə” xütbəsində buyurur: "Ey insanlar! Nə zaman Ramazan ayının hilalı gəlib çatar – üsyankar şeytanlar bəndə çəkilər, səmanın, behiştin və rəhmətin qapıları açılar. Atəşin qapıları bağlanar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930