Ağıl neməti Peyğəmbər (s) və İmamların (ə) kəlamlarında
Mьəllif: admin1
Tarix: 22-05-2017, 22:28

 İnsanı yüksəldən məhz onun ağılıdır. Ağıl deyiləndə insanın düşüncəsi, təfəkkürü, ona yetişən informasiyanı analiz etmək, təhlil etmək qabiliyyəti nəzərdə tutulur. İnsanı  digər canlılardan üstün edən də, insanı onlara hakim edən də  məhz onun ağlıdır.


İnsan ağılı vasitəsi ilə ətraf aləmlə təmas qurur, ətrafda olanları ağlı vasitəsi ilə dərk edir. İnsanı Rəbbinə bağlayan ilk  "bağ da” ağıldır. İnsan rəbbini tanımanın həm ilkin mərhələsində, həm də sonrakı mərhələlərdə ağılına söykənir. İlkin mərhələdə insan aləmi və aləmdə olan yaradılış heyrətamizliyini görür və ağlı ilə dərk edir ki, bu cür böyük, nizamlı, heyrətamız dəqiqliklə calışan aləm sahibsiz və nəzarətsiz deyildir.

Bütün bunları əqli ilə dərk edən insan, yenə də həqiqətlərə çatmaq, görüb hiss etdiklərini təhlil edib dərk etmək üçün ağılına müraciət edir. 

Hədis və rəvayətlərdə ağıl çox tərif edilmiş və insan üçün onun taleyini həlledən bir həqiqət olaraq tanıtdırılmışdır.

Peyğəmbər )s) buyurur:  


يا عَلىُّ اَلعَقلَ مَا اكتُسِبَت بِهِ الجَنَّةُ و َطُلِبَ بِهِ رِضَى الرَّحمنِ؛

 

1.Ya Əli ağıl odur ki, onunla cənnət qazanılsın və Rəhmanın rizası əldə edilsın

 

أَعقَلُ النّاسِ أَشَدُّهُم مُداراةً لِلنّاسِ؛

 

2. İnsanların ağıllısı o kəsdir ki, insanlarla keçinsin, güzəşt etsin

Həzrəti Əli (ə) buyurub:


أَعقَلُ النّاسِ أَبعَدُهُم عَن كُلِّ دَنيَّةٍ؛

 

1. İnsaların ən aqili o kəsdir ki, bütün alçaqlıq və rəzillikdən uzaq olsun

 

مَن لَم يُهَذِّب نَفسَهُ لَم يَنتَفِع بِالعَقلِ؛

 

2. Kim öz nəfsini tərbiyələndirməsə ağlından bəhrə aparmayıb

3. حُبُّ الدُّنيا يُفسِدُ العَقلَ وَ يُصِمُّ القَلبَ عَن سَماعِ الحِكمَةِ وَ يوجِبُ اَليمَ العِقابِ؛

 

Dünya sevgisi ağlı zay edir. Qəlbi öldürür və hikməti dər etməyə mane olur.Cəhənnəm əzabını vacıb edir.

Həzrət İmam Huseyn (ə) buyurub:

 

لا يَكمُلُ العَقلُ إلاّ بِاتِّباعِ الحَقِّ

 

1. Ağıl haqqa tabe olmadan kamil olmaz

Hədis və rəvayətlərdə buyurulduğu kimi və insan fitrətinin təsdiq etdiyi kimi ağıl insan taleyinin həllində mühüm əhəmiyyətə malikdir. İnsanın həm dünya, həm də axirət aqibəti məhz onun ağılının ixtiyarındadır.


Y.Nuriyev

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031