Övlad istəmək haqqında oxunan duaların fəzilətləri
Mьəllif: admin1
Tarix: 21-05-2017, 22:59

Peyğəmbər (s) buyurub:
"Yaxşı övlad cənnət güllərindən biridir və insanın xoşbəxtliyi gözəl və ədəbli övladlar böyüdüb ərsəyə çatdırmaqdır. Övladlarınızın sayını çox edin, mən öz ümmətimin çoxluğu ilə axirətdə fəxr edəcəyəm."
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:
"Övlad hər hansı bir xəstəliyə tutularsa onun valideyinlərinin günahı bağışlanar."
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
"Övladlarınızın tez və sağlam boya-başa çatması üçün bu duanı oxuyun." 
(Allahummə la təzərin fərdən və əntə xəyrilvarisiynə vəhidən vəhəşən fəyəqsuru şükri ən təfəkküri bəl həb li aqibətə sidqin zükurən və'əskunu iləyhim minəl-vəhdətivə əəşkurukə ində təmamin ne'məti ya vəhhabu ya əzimu ya müəzzim summə'əətini fi kulli afiyətin şükrən hətta tubliğuni minha rizvanəkə fi sidqil-hədisi və ədail-əmanəti və vəfain bil-əhdi)
Övlad arzuladığınız zaman isə iki rük'ət namaz qılın və səcdələri uzadın və səcdəyə getdiyiniz zaman bu ayə'ni oxuyun. 
(Allahummə inni əs'əlukə bima sə'ələkə bihi zəkəriyya Rəbbi la təzərin fərdən və əntə xəyrilvarisiyn.Allahummə həb li min lədunkə zuriyyətən təyyibətən innəkə səmiyuddua.Allahummə bismikə istəhləltuha və fi əmanetikə əxəztuha fə in qəzəytə fi rəhimaha vələdən fəcəlhu qulamən mübarəkən zəkiyyən vəla təcə'l lişşəytani fiyhi şərəkən vəla nəsiybən)
Övladı olmayan şəxslər isə hər gecə yüz dəfə istiğfar "Əstəğffirullahi ətubu və iləyh" etmək tövsiyə edilmişdir. 

Kitabın adı: Hilyətul-Müttəqin (Möminlərin zinəti)

Müəllif: Əllamə Muhamməd Baqir Məclisi 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930