Niyə behişt və cəhənnəm əbədidir?
Mьəllif: admin1
Tarix: 14-06-2021, 11:00
Niyə behişt və cəhənnəm əbədidir?
İbni Haşim nəql edir: "Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.

Həzrət (ə) buyurdu: "Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər.

Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər.

Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur”.

Sonra Həzrət (ə) bu ayəni tilavət edir: "De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)”. ("İsra” 84).

Buyurdu: Yəni, öz niyyət və qəsdinə görə”.

Allah Təala bizləri niyyəti İlahi olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930