Bir ayəni anlamaqla "fəqih" olan kişi
Mьəllif: admin1
Tarix: 28-05-2021, 23:42
Bir ayəni anlamaqla "fəqih" olan kişi
Fəqih dini dərindən bilənə deyilir. Quranda imkanı çatan müsəlmanlardan tələb olunur ki, səfərə çıxıb, dini təlim alıb, fəqih olmağa getsinlər və sonra bölgələrinə dönərək dini təbliğ etsinlər.

Şəriətdə əsas Allahın dinini düzgün anlamaqdır. Dinin əsaslarını bilib , hökmlərinə əməl edən şəxs, fiqhi dərindən bilməsə belə, mömin hesab edilir və bu şəxs dini, fəqih kimi bilmiş şəxs olaraq qələmə verilir.

Rəvayət edilir ki, bir kişi Peyğəmbərin (s) yanına gəldi ki, ona Quranı öyrətsin. Bu Kişi Allah təalanın "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir." ayəsinə çatarkən, bu mənə kifayət edər, deyib çıxıb, getdi.

Bu zaman Peyğəmbər (s) buyurdu:

Bu kişi (dinini düzgün anlayan fəqih və) alim kimi çıxıb getdi.

Biharul-Ənvar, c-89, səh-108
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930