Dua edib istəyin ki, Rəbbiniz əta etsin
Mьəllif: admin1
Tarix: 8-05-2017, 10:55

 Rəbbiniz buyurdu: 'Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) /Ğafir -60/

 

Dua rəbbimizin bizə verdiyi ilahi bir rəhmət, ilahi bir hissdir. İnsan bu hisslə rəbbi ilə ünsiyyət qurur, hacətini istəyir, qəbul olmasa belə dua insana rahatlıq verir. İnsanın içində yaranan bu rahatlıq özü bir ilahi rəhmətdir.

Ayədən də göründüyü kimi duada iki tərəf var, Rəbb və bəndə. Bəndə öz hacətini üçüncü bir tərəf olmadan bir başa rəbbindən istəyir. Dua bəndənin elə bir halıdır ki, qəlbində onunla ünsiyyət qurur. Qəlbində olanları bir bir dilinə gətirir. Bu hal qəlbin yumşaq halı, aram halıdır. İnsan bu halda dua edəndə sanki duanın qəbul olduğunu özüdə hiss edir.

Amma hər zaman belə olmur. Qəlbin o şirin anı həmişə insanda olmur. Bunun üçün qəlbin xüsusi hazırlığa ehtiyacı olur. Qəlbin yumşalmağa ehtiyacı var.

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ


Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!

Səbr etməyə, ümid etməklə, tövbə etməklə,  namaz qılmaqla, oruc tutmaqla, hətta hər hansi dua mətnini oxuyarkən onun mətninə diqqət etməklə, Allah dərgahında hörməti əziz olan kəslərin adın çəkməklə, sədəqə verməklə...hətta Allah Rəsulu (s) buyurub ki, yetimin başına sığal cəkməklə insanın qəlbi yumşalır.

Dua insanın qəlbən rəbbinə bağlanmasıdır. Çox vaxt insan, dua edirəm qəbul olmur deyir, hələ bir narazılıq da edir. Görəsən dua etdim yox, rəbbimə qəlbən bağlandım deməyə cəsarəti varmı...?

 

Yaşar Nuriyev

 

 

(islaminsesi)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031