Duada israrlı olmalı. Bir qapı ki, döyülür – nəhayət açılacaqdır
Mьəllif: admin1
Tarix: 28-02-2021, 20:39
Duada israrlı olmalı. Bir qapı ki, döyülür – nəhayət açılacaqdır


İmam Sadiq (ə) buyurur: "Çoxlu dua edin, çünki dua – Allah bəxşişinin açarı və hər bir hacətə çatmaq vasitəsidir.

Nemətlər və rəhmətlər Allahın yanındadır. Duadan savayı heç bir şeylə onlara çatmaq olmaz. Bil ki, hər qapını ki, döyəcəksən – nəhayət açılacaqdır”.

Bəli, Allah bizə çox yaxındır. Quran buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,)Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. ("Bəqərə” 186).

Dua insanlarla Allah arasında rabitə yaradar və dua insanı Allaha yaxınlaşdırar. Quran özü bizlərə dua etməyi tövsiyə edir. Etdiyimiz dualarla bağlı bəzi nöqtələrə toxunur. O cümlədən:

1. Dua gərək xalis olsun. "Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın”. ("Ğafir” 14).

2. Qorxu və ümidlə bir yerdə olmalıdır. "Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. ("Əraf” 56).

3. Eşq və rəğbətlə. "Çünki onlar (Zəkəriyyənin ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək, istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər”. ("Ənbiya” 90).

4. Xəlvətdə və sızlayaraq. "Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın)”. ("Əraf” 55).

5. Gizli çağırmaq. "O, gizli səslə Öz Rəbbini səsləyən zaman”.("Məryəm” 3).

Necə ki, insan səfərə çıxan zaman hökmü qəsr niyyətilə olur, dua edən və qafil insanın hökmü də fərqlidir. Allahın lütfü dua edənlərə şamil olar.

Dua etmək, Allahla danışmaq – İlahi lütfü qəbul etmək üçün insanın tutumunu artırar. Necə ki, İlahi Övliyalara təvəssül etmək insanın şəraitini dəyişdirər, dua da insanın mənəvi tutumunu daha da artırar.

Əgər bir uşaq qonaqlığa atası ilə getsə, başqalarının ona sevgi göstərməsi daha çox olar, nəinki həmin yerə tək gedərsə.

Ona görə də deyə bilərik ki, dua və münacat şəraitin dəyişməsinə səbəb olar. İnsan hər yerdə və hər saatda dua edə bilər.

Dua o zaman yerinə yetər ki, insanın imanı olsun. Dua insanın hidayətini artırar və kamala çatmasına yardım edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031