Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:38
Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən
"Ey Əbuzər! Əgər əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların və onların aldadıcı təsəvvürlərinin sənə düşmən olduğunu görəcəksən”.

Arzu və onun hiylələrinə uymamaq üçün ən yaxşı mübarizə yolu ölüm haqqında fikirləşməkdir. Əcəl uzun-uzadı arzuları öz kamına çəkib, insanı o biri dünyaya ümidsiz halda aparır.

Əmirəl-möminin Əli əleyhissəlamın sözləri ilə desək, "Ürəyində dünya məhəbbətinə yer verən kəsin qəlbi qəm-kədərlə dolu olar və bu kədərlər daim onun qəlbində hərəkət edər. İnsanı hüznlü edən bu qəmlər onun nəfəsi sona yetib əldən düşənə qədər davam edər və nəhayət, həyat nişanələri onda sönüb, qət olar”[1].

İmam Əli (ə) başqa bir yerdə belə buyurur: "Dünyanın insana verdiyi ibrətlərdən biri də budur ki, insan təzə-təzə öz arzularına çatmaq istəyir, amma ölüm başının üstünü alıb, istəyini gözündə qoyur. Nə arzusuna çatır, nə də ölümün çəngindən qurtula bilir”.[2]


[1] «Nəhcül-bəlağə», Feyzül-islam, hikmət 359, səh. 1256.

[2] «Nəhcül-bəlağə», Feyzül-islam, xəbər 113, səh. 353.
(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930