Materialist duyğuları uzaqlaşdırmaq
Mьəllif: admin1
Tarix: 21-04-2017, 22:32
Materialist duyğuları uzaqlaşdırmaq
Zikrin qəribə faydaları var. Mən indi burada qeyd etdiklərimi deyəcəyəm: Materialist duyğuların və azdırıcı həvəslərin uzaqlaşdırılması.
Zikr həvəslərin hücumu qarşısında bizi və qəlbimizi qoruyan bir müdafiəçi kimidir. Ürək çox zərərə uğraya bilər. Bizim qəlbimizin və ruhumuzun zərərə uğraması çox mümkündür. Bəzi məsələlər qarşısında təsirlənirik, ürək müxtəlif cazibələrə yönəlir. Allahın yeri və insan vücudunda ən uca məqama malik olan ürəyin - yəni insan varlığının həqiqətinin sağlam və təmiz qalmasını istəyiriksə, müdafiə lazımdır. Bu müdafiə zikrdir. Zikr ürəyin, müxtəlif həvəslərin amansız hücumlarına məruz qalmasının qarşısını alır. Zikr ürəyi azdırıcı fəsad və cazibələrə qərq olmaqdan saxlayır. Mən bu barədə çox mənalı bir hədis gördüm. Buyurur: “Qafillər arasında zikr edən insan qaçanlar arasında vuruşan kimidir”. ("Vəsail əş-şiə", c. 7, səh. 165; hədis həzrət Peyğəmbərdəndir (s).) Döyüş meydanında müdafiə edən, müqavimət göstərən, düşmənin hücumunun qarşısını almaq üçün bütün imkanlarından istifadə edən bir döyüşçünü görürsünüz. Lakin başqa bir əsgərin qaçması, dözümünü əldən verməsi və düşmən qarşısından qaçması da mümkündür. Buyurur ki, qafillər arasında zikr edən insan qaçanlar arasında müqavimət göstərən əsgər kimidir. Baxın, bu bənzətmə həmin cəhətə görədir. Çünki o, əcnəbi hücumçu qarşısında müdafiə edir və müqavimət göstərir. Sizin zikriniz də müqavimət göstərir.

Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930