İmam Sadiqdən (ə) qəlbin halətləri ilə bağlı həyati göstəriş
Mьəllif: admin1
Tarix: 20-04-2017, 12:57
İmam Sadiqdən (ə) qəlbin halətləri ilə bağlı həyati göstəriş
Həzrət (ə) özünün müqəddəs kəlamında qəlbin 4 halətinin olduğunu bildirir.

1. Ucalıq və yüksəliş,
2. Yüksəlişə doğru hərəkət,
3. Süquta doğru hərəkət,
4. Hərəkətsiz vəziyyət.

Sonra O, Həzrət(ə) kəlamının davamında bu halətlərin əlamətlərindən danışaraq bunları söyləyir:

1. Ucalıq əlaməti rəbbin rizası ilə uyğunluq, müxalifətçiliyin olmaması və davamlı şövqlə müşahidə edilir.
2. Yüksəliş əlaməti isə təvəkkül, doğruluq və yəqinliklə.
3. Süqüt əlamətləri - ucub, riya və hirslə.
4. Dayanmaq əlamətləri isə itaət şirinliyinin yoxluğu və bununla bərabər günaha da meylin olmaması ilə özünü göstərir.

Həqiqətən məsum imamımızın dəyərli kəlamına diqqət etdikdə insan özü barəsində agahlıq əldə edir. Uca yaradanımız bizi mücahid yaratmışdır. İnsan bir növ dünyəvi varlıq olaraq həm bu dünyada yaşamaq uğrunda mübarizə aparır, həm də özünün ruhani təkamülündə rəbbinin ona qadağan etdikləri ilə nəfsinin diktə etdikləri arasında mücadilə etməkdədir.

Nəfsin bu mücadiləsi insan üçün həqiqətən cox cətindir. Çətin olmaqla bərabər şərəfli bir yükdur. İnsan məhz bu şərəfli yüklə izzət məqamına yetişir.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930