Məhəmməd Peyğəmbər (s) itmiş dəvəsini necə tapdı?
Mьəllif: admin1
Tarix: 20-04-2017, 10:34
Məhəmməd Peyğəmbər (s) itmiş dəvəsini necə tapdı?
Rəcəb Bu ayında baş verən hadisələrdən biri də Peyğəmbərin (s) şəxsən başçılıq etdiyi müsəlman ordusunun indiki Suriya ərazisində Rum İmperiyasının ordusu ilə qarşılaşmasına təsadüf edir. Bu döyüş Təbuk adlanır. Hicrətin 9-cu ilində baş verən bu qarşıdurmada müsəlman ordusu 30 min, qarşı tərəf isə 40 min idi. Bu döyüş qarşı tərəfin döyüş olmadan geri çəkilməsi ilə nəticələndi və beləcə Təbuk müsəlmanların sonrakı qələbələrinə zəmin yaratdı.

Təbuk Məhəmməd Peyğəmbərin (s) sonuncu iştirak etdiyi döyuş (ğəzvə) idi.

Məhəmməd Peyğəmbər (s) bu döyüş əsnasında bir çox möcüzələr göstərdi. İmam Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə bu döyüşə qatılmadı. Çünki Peyğəmbər (s) Mədinədəki münafiqlərin təxribatını hiss edərək, məhz döyüş qəhrəmanı olan Əlini (ə) şəhərdə saxlamağı üstün tutdu. İmam Əlinin (ə) şəhərdə nümayəndə kimi qalmasına görə daha sonra münafiqlər çevriliş etməkdən naümid olduqlarını da gizlətmirdilər.

Bu döyüş əsnasında Məhəmməd Peyğəmbərin (s) münafiqlərin planlarından xəbər verməsi, o həzrətin dağla və bir cinlə danışması, itmiş dəvənin yerini bildirmək, Təbuk bulağının suyunun artırılması və sair möcüzələrinə işarə etmək oalr.

İslam tarixçilərinin çoxu bunu yazır ki, Təbuk səhrasında elə oldu ki Peyğəmbərin (s) dəvəsi itdi. Onu hamı axtarırdı amma tapa bilmirdilər. Birdən müsəlman ordusunun içində bəzi münafiqlər təxribat yaratmağa, bu necə Peyğəmbərdir ki öz dəvəsinin yerini bilmir, fikrini rəvac verməyə başladılar. Peyğəmbər (s) bunu eşitdi. Az keçmədən Allahdan ona vəhy gəldi və buyurdu ki dəvənin yüyəni filan dərədə bir kiçik ağaca ilişib. Peyğəmbər (s) bu zaman həmin münafiqlərdən və yaxın səhabələrdən bir neçəsini çağıraraq, dəvənin harada olduğunu onlara dedi və əmr etdi ki özləri gedib o dəvəni gətirsinlər. (Məğazi Vaqidi, Təbuk)

Həqiqət budur ki, bütün məchulları bilə bilən yalnız Allahdır. Amma Allahın mələkləri elçiləri və imamların elmi, "lədunni elm" olsa belə məhduddur. Bu elmin onlara verilməsi qeyb dünyasının açarlarının onların ixtiyarına qoyulması da bütün zamanlara aid deyil. Nəticə etibarilə demək olar ki Allah qeyb elimini istədiyi zamanlarda öz elçilərinə ifazə edir. Bu o deməkdir ki, insanların dini-dünyəvi və axirət səadətini təmin edən məsələlərdə, cəmiyyətin və fərdin taleyyüklü məsələlərində və xüsusilədə insanın hidayət edilməsi məsələsində olan bütün məchulları Peyğəmbər (s) bilməlidir və Allahın lütfü və hikməti bunu iqtiza edir ki bu məsələlərdə O, öz Peyğəmbərini (s) lazımı şəkildə məlumatlandırsın. Necə ki Quran ayəsində buyurulur:

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,” (Cinn, 26-27)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031