Döyüş zamanı düşmən ordusuna su verən əqidə
Mьəllif: admin1
Tarix: 26-10-2016, 10:54
Döyüş zamanı düşmən ordusuna su verən əqidə
Qanlı döyüş zamanı düşmən ordusuna hansı əqidə sahibi su yolunu açar?!
İslaminSesi – Suffeyn döyüşündə (37 h.q Səfər ayı) Müaviyə ibni Sufyanın ordusu İmam Əlinin ordusu ilə Fəratın arasına girəndən dərhal sonra su yollarının və arxlarının qarşısını aldı. İmam Əli şəxsən özü Müaviyət ibni Sufyana su yolunun açılması barədə məktub yazdı. Amma Müaviyə onu məsxərə edib, suyun qarşısını açmadı.

İmamın ordusu yeni hücumla Müaviyənin ordusundan su yollarını ala bildi. Amma dərhal bu yolların açılmasına əmr etdi.

İbni-Muzahim Vəqət Suffeyn əsərində yazır ki su yolları üçün döyüşlər çox sürdü Müaviyənin ordusu iki dəfə bu yolları nəzarətə aldı və hər ikisində də suyun qarşısını aldı. İmamın ordusu da hər dəfə də hücuma keçib arxları nəzarətə ala bildi və hər dəfə suyun qarşısını açdı.

Tarix Kərbəlada da təkrarlandı. Məhərrəmin 6-da suyun qarşısı bağlandı və İmam Hüseynin xeymələrinə gedən bütün su arxları və suya gedən yollara nəzarətçilər qoyuldu. Su gətirməyə gedənlərin hamısı öldürülürdü. Hətta körpə Əliyyi-Əsğər üçün İmam Hüseyn su istəyəndə belə onu əsirgədilər.

İslamın, Peyğəmbərin, imamların, Aşura məktəbini ülvi edən məqamlardan biri də budur.

İmam Hüseyn Aşura gecəsi işıqları sondurdü. Ətrafındakılara “kim getmək istəyir gedə bilər. Gedənlərin mənim və Allah yanında borcu yoxdur” deyə buyurdu. İşıqları söndürdü ki gedənlər çıxanda utanmasın.

Bu məfkurə əsasında qurulan məktəb hara, hücum zamanı geri qayıdan döyüşçüləri pülomyotla qıran kommunistlər hara!? Bu olmuş faktlardır. Stalin ordusu geri qayıdan döyüşçüləri avtomat və pulomyotlara bağlayar, Alman əsirliyindən qayıdan vətənpərvər döyüşçüləri isə sürgünə göndərərdi.

İkinci vətən muharibəsində insanların övladlarını zorla qatara mindirib cəbhəyə aparanda bəzi analar özlərini relsin üzərinə atardı. Yuxarılara məktub yazıldı. Moskvadan cavab gəldi ki qatar qadınların üzərindən keçsin.

Amma İmam Hüseyn Aşura gecəsi tərəfdarlarına dedi: Sizlərdən beyətimi götürdüm. Onların sizlə deyil,mənlə işləri var.

Kim düşmən ordusu onunla vuruşduğu halda onlara su yolunu açar? O mənfəətpərəst, məqampərəst ola bilərmi?! Bu insan hansı əqidənin sahibdir?! əl-Həq ki bu İslamdır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031