Əyyami-bəyz niyə belə adlanır?
Mьəllif: admin1
Tarix: 16-04-2017, 09:35
Əyyami-bəyz niyə belə adlanır?
İbni Məsud nəql edir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “O zaman ki, Adəm (ə) Allaha üsyan edir, carçı səmada car çəkir: “Ey Adəm! Mənim rəhmətimdən xaric ol. Çünki o kəs ki, Mənə üsyan edər, Mənim ətrafımda olmaz”.
Adəm (ə) ağladı, mələklər də ağladılar. Allah Təala Cəbrayili (ə) onun yanına göndərdi. Cəbrayil (ə) Adəmi (ə) başdan-ayağa qaralmış halda yerə endirdi.
Mələklər Adəmi (ə) bu halda görüb, nalə çəkib ağladılar. Allah Təalaya ərz etdilər: “Pərvərdigara! Məxluq yaratdın və Öz ruhundan ona üfürdün. Mələkləri ona səcdə etməyə vadar etdin. Bir günah ilə ağ üzünü qaraya çevirdin?”.
Carçı səmadan car çəkir: “Bu günü Allahın üçün oruc tut”.
Adəm (ə) də həmin günü oruc tutur və bu gün ayın 13-ü idi. Üzünün qaralığının üçdə biri aradan gedir. Sonra carçı 14-cü gündə car çəkir: “Bu günü Allahın üçün oruc tut”.
Adəm (ə) o günü də oruc tutur və üzünün qaralığının daha bir üçdə biri aradan gedir.
15-ci gün carçı yenə car çəkir və onu oruc tutmağa dəvət edir. O, da həmin günü oruc tutur və üzünün qalan qaralığı da aradan gedir və ağarır.
Ona görə də bu əyyama bəyz əyyamı deyirlər. Çünki bu əyyamda Allah Təala Adəmə (ə) ağlığını geri qaytarmışdır.
Carçı səmadan car çəkir: “Ey Adəm! Bu üç günü sənin və övladların üçün qərar verdim. Hər kim hər ayda bu əyyamı oruc tutar, sanki uzun zaman oruc tutmuşdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930