Hikmətli sözlər
Mьəllif: admin1
Tarix: 15-04-2017, 22:44
Hikmətli sözlər
İmam Riza (ə) buyurur: "Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”

İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”

İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”

İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!”

İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”

İmam Təqi (ə) buyurur: Hər kim üç şeyə diqqət etsə peşman olamz: tələskənlikdən uzaq olmaq, məsələhətləşmək, bir iş görmək istədikdə Allaha təvəkkül etmək.

İmam Təqi (ə) buyurur: Üç şey insanı Allahın razılığına çatdırar: Çox istiğfar etmək, mülayimlik, çox sədəqə vermək.

İmam Təqi (ə) buyurur: Şərr insanla dost və yoldaşlıq etməkdən çəkin, çünki o çılpaq qılınc kimidir, zahiri gözəl, əsəri isə çox pisdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930