ƏN BÖYÜK CİHAD
Mьəllif: admin1
Tarix: 4-10-2020, 11:07
ƏN BÖYÜK CİHAD
Həzrət İmam Hüseyn (ə) elə mücahid bir şəxsiyyətdir ki, fəzilətə, ədalətə məhəbbət, haqqı və həqiqəti müdafiə, din və şəriətin düşmənləri ilə mübarizə yolunda bütün varlığını qurban verdi, bütün azadlıq sevənlər üçün canlı, yaradıcı, əbədi, dəyərli bir məktəb yaratdı və şair demişkən: “Varlığının nəqdini verdi və cahanın varlığını bir yerdə aldı.”

Əsil aşiq odur ki, sevdisə, bütün varlığı ilə sevmiş olsun. O böyük rəhbər və böyük şəxsiyyətin mə᾽nəvi və ruhi mübarizələr, səylər, əsəbləri kontrol etmək, heyvani istəkləri cilovlamaq, nəfsə və əhriməni xasiyyətlərə üstün gəlmək, şərəfli və nəfis insani ruhu çirkinliklərdən və qara niyyətlərdən saxlamaq və mühafzə etməklə əlaqədar həyat bəxş edən cəsurluq, rəşadət və şəhadət kimi maraqlı, cazibəli fikirləri və yaradıcı bir məktəbi vardır ki, öz həqiqi davamçılarına bilik və qüdrət bağışlayır, cəmiyyəti süqut və məhv olmaqdan xilas edir.

Bundan sonra da Fatimeyi-Zəhranın oğlu Hüseyn ibn Əlini böyük mürəbbi və böyük rəhbər kimi tanımaq lazımdır.

Bu mənəvi və ruhani məktəbi şəhadət və şəhamət ayini kimi canlı, fəal saxlamaq üçün ucadan danışmaq, başa-sinəyə vurmaq, bu dəyərli təlimlərin maraqlananların və ardıcıllarının fikrindən çıxmasına, unudulmasına imkan verməmək lazımdır.

O Həzrətin özünün hesab edilən şe᾽rlərində şəhidlərin sərvəri dəfələrlə deyirdi:

“Əgər doğrudan da bədənlər ölmək üçün yaranır və böyüyürsə, onların Allah yolunda qılıncla öldürülməsindən gözəl nə ola bilər?”

O, həmçinin öz səadətini və xoşbəxtliyini din düşmənləri və zülmkarlara qarşı cihadda görürdü, bu amal və arzu ilə yanaşı, nəfsə qarşı cihadı və nəfsin istəkləri ilə mübarizəni müvəffəqiyyət və böyük cihad hesab edir və böyük babasından belə nəql edir:

“İnsanı günahlardan və Allaha itaətsizlikdən çəkindirmək yolunda, nəfsani istəklərə qarşı etdiyi cihad, cihadların ən böyüyüdür.” (“Töhəfül-üqul”, səh.139)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930