İnsan ömrü Azanla Namaz arasında olur
Mьəllif: admin1
Tarix: 11-04-2017, 12:59
İnsan ömrü Azanla Namaz arasında olur
Göl kənarında yaşlı bir adam axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb: “Əmi, çox fikirlisən, nəyə baxırsan elə?” – deyə soruşunca, qoca baba içini çəkərək: “Axan ömrümə baxıram” - dedi.
Gənc adam bəmbəyaz saqqallı, nur üzlü yaşlıdan maraqla soruşdu: “Bir insan ömrü nə qədər olur ki?”

Yaşlı adam şirin bir gülümsəmə ilə: “Azanla namaz arası qədər” deyincə, o özünü saxlaya bilməyib həyəcanla: “Necə yəni? Ömür bu qədər qısadırmı?” – deyə soruşur.

Qoca baba: “Bəli, ömür namazsız azanla azansız namaz arası qədərdir”. Gənc adamın təəccüblü baxışlarını görüncə, qoca baba izah etməyə başladı: “Dünyaya bir körpə gələndə onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan “Namazsız azan”dır.

İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da “Azansız namaz”dır. Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına”...

Bax, ey insan! Doğuldun, amma, bir gün öləcəksən, ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa, bir nəfəsini belə boş buraxma.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031