İLAHİ QANUN
Mьəllif: admin1
Tarix: 3-04-2017, 21:53
İLAHİ QANUN
Fəlsəfədə, «dünyanın quruluşu» və «səbəblər qanunu» adlandırılan şey, dini terminalogiyada «ilahi sünnə» adlandırılır. Qurani-kərim bir neçə yerdə belə buyurub:
«...Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən.» (Əhzab-62.)
Məqsəd budur ki, Allahın işləri xüsusi üsluba, sabit və dəyişməz formula malikdir. Bu məna Fatir surəsində bir neçə dəfə təkidlə təkrarlanıb.
«...Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.» (Fatir-43.)
Allahın sünnəsində heç vaxt dəyişiklik olduğunu görməzsən. Yəni ilahi sünnə, ləğv edilərək başqa birisi ilə əvəz olunan qanun kimi deyildir və sən heç vaxt Allahın sünnəsində dəyişiklik tapmazsan. Belə ki, Allahın sünnəsi bəzi maddələr artırılaraq, bir hissəsi ləğv edilən və ya əsli ləğv edilmədən dəyişdirilən şərti qanunlar kimi deyil.
Bu, ilahi kitabın çox maraqlı və heyrətləndirici cümlələrindəndir. Quran nə qədər böyükdür! O, doğrudan da elmlərin qabaqcılı və pərhizkarların dostudur! Filosoflar dərin elmi axtarışlarda illərlə çalışaraq səbəb-nəticə və yaradılış qanununu əldə etdikdən sonra, böyük bir qanun və sirr kəşf etdikləri üçün öyünmək istəyəndə, bu sirri yetərli ifadə və eyni halda sadə dillə bəyan etmiş Quranı öz qarşılarında görürlər: «Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan».
Kim bundan aydın bir şey deyə bilər? Hansı cümlə bundan yetərli və möhkəm mənalı ola bilər? Allahın sünnəsi heç vaxt dəyişmir.»
Qurani-kərim təkcə yaradılışın qanun və sünnəyə əsaslanmasını xatırlatmır, hətta bəzi xüsusi sünnələrin adlarını da çəkir.
O, cəmiyyətlərin xoşbəxtlik və bədbəxtlikləri barəsində belə buyurur: «...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz...» (Rəd-11.)
Bu ayə, xalqların tərəqqi və tənəzzüllərinin sirlərini bəyan edir.
Heç bir xalq, bədbəxtlik amillərini özündən uzaqlaşdırmayınca, bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Həmçinin Allah, heç bir xoşbəxt xalqı onlar özləri öz bədbəxtliklərinə şərait yaratmayınca bədbəxt etmir.
Biz nalə edirik ki, Allah nə üçün Amerikaya darğalıq edən bir ovuc yəhudini yeddi yüz milyon müsəlmana hərbi, siyasi, əqli və iqtisadi cəhətlərdən hakim edib? Nə üçün yüz milyon ərəb, beş iyun müharibəsində məğlub oldu? Allah nə üçün müsəlmanlara izzət vermir? Nə üçün təbiətin qanunlarını müsəlmanların xeyirləri istiqamətində dəyişmir? Əsəbləşir, gecələr yuxusuz qalır, əziyyət çəkir, nalə edir, dua və razi-niyaz edərək kömək diləyirik, amma heç biri müstəcab olmur. Quranın bizə verdiyi cavab bu cümlədir:
«Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.»
Allah öz qanununu dəyişdirmir. Biz özümüzü dəyişdirməliyik. Biz cəhalətdə qərq olmuşuq, əxlaq pozğunluqlarında çabalayırıq, heç bir vəhdət və birliyimiz yoxdur, amma bununla belə Allahın bizim yardımçı və hamimiz olmasını istəyirik. Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalançılıq və əyriliyi özümüzə peşə etmişik, bütün fəzilətlərdən uzaqlaşmışıq və eyni halda dünyaya ağalıq etmək istəyirik. Bu mümkün olan iş deyil!!!
Yəhudi xalqına murdarlıq və çirkinliklərinə görə bütün xalqlardan çox peyğəmbər göndərilib. Çünki, onların tərbiyəçiyə daha çox ehtiyacları olub. Keçmiş səmavi kitablarda onlar üçün iki ictimai dəyişiklik və iki inqilab proqnozu verilmişdi ki, onların hər ikisi gerçəkləşdi. Quran yəhudi tarixində, həmin proqnozların cərəyanlarını və onların gerçəkləşməsini nəql edib. Orada deyilir ki, onlar yer üzündə iki dəfə fəsad törədəcəklər və Allah onları məhv edəcək.
Quran, sonra ümumi bir formulu xatırladıb buyurur ki, hər bir fəsad, məğlubiyyət və bədbəxtliyin müqəddiməsi və hər bir özünəqayıdış və islah xarakterli fikir isə ilahi rəhmətin zəminəsidir. Ayənin mətni belədir:
«Biz İsrail oğullarına Tövratda: «Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxıd zülm) edəcəksiniz!» - deyə bildirdik.
(Yəni istismarçılar öz müstəmləkələrinə etdikləri kimi camaata qarşı zorakılıq edəcək, başqalarının hüquqlarını pozacaqsınız.)
Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünnəsəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşır, sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi...
(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara etmək (sizi xəcil etmək), məscidinizə birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi məhv etmək üçün üstünüzə göndərdik...
(Tövbə edəcəyiniz təqdirdə), ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yaramaz əməllərinizə qayıtsanız, biz də sizə yenidən cəza verərik.) (Bizim qanununmuz budur ki, siz yüz dəfə də fəsad etsəniz sizi yüz dəfə əzişdirək və əgər özünüzü yaxşı istiqamətdə dəyişdirsəniz, Biz də sizə qarşı rəftarımızı dəyişdirək.) Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik. (İsra, 4-8.)
Bu ayələr, əslində həmin ayənin, yəni «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» ayəsinin genişləndirilmiş formasıdır.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930