Vəhdət ustadının nəzərində “vəhdət”
Mьəllif: admin1
Tarix: 1-04-2017, 18:52
Vəhdət ustadının nəzərində “vəhdət”
İnsan düşünə bilən, hədəfini təyin edərək ardıca gedə bilən bir varlıqdır. İnsandan başqa hədəfləri eyni olan varlıqları nəzərə alın. Məsələn insanın daxili orqanları. Onların hədəfi insanın sağlamlığının qeydinə qalmaqdır. Bu hədəfi özləri təyin etməsə də, bütün qüvvələrini hədəfin reallaşması istiqamətində sərf edirlər. Yəni onların əsas qərəzi hədəfləridir. Elə həmin bu vəhdətin nəticəsidir ki, insan vücudu rahat şəkildə həyatına davam edir. Təsəvvür edin bədəndə olan hüceyrələrin ortaq hədəfləri olmasaydı və ya ortaq hədəfə doğru hərəkət etməsəydilər insan həyatda hansı problemlərlə üzləşərdi?! Biz də düşünən və təkamülə çatmaq istəyən varlıq olaraq, hədəfi və hədəfə gedən yolları təyin etməliyik. Hədəf istər maddi olsun, istər mənəvi ona çatmaq üçün ən düzgün yol “vəhdət və birlik”dir. Elə bu səbəbdəndir ki, vicdanın vəhdət və birliyi səslədiyi kimi, anti vicdan qruplar da bu məsələyə çağırmaqdadır.

Dünyamızda fərdləri insanlar və insaniyyətə zidd olanlar olaraq iki hissəyə bölə bilərik. İnsan olanlar insani xüsusiyyətlər baxımından ortaq hədəfə malikdirlər. Bu insanların bəziləri yaradanın varlığına inanır. Bu növ fərdlərin insani dəyərlərdən əlavə, bir də yaradan baxımından ortaq dəyərləri olacaqdır. Yaradanın varlığına inananların bəziləri müsəlmandır. Qeyd olunan fərdlər insani xüsusiyyətlər və ilahi prinsiplərdən əlavə, ortaq digər dini hədəflərə də malikdir. Müsəlmanlardan bəziləri isə Əhli-beyt tərəfdarı olub, onları Peyğəmbərdən (s) sonra ilahi şəxsiyyət bilirlər. Bu fərdlərin (bizim) qeyd etdiyimiz kütlələrdən daha çox ortaq hədəf və dəyəri vardır. Əhli-beyt tərəfdarı həm insani, həm ilahi, həm dini, həm də imamlarının təsdiqlədiyi dəyərlərə malikdirlər. Demək vəhdət və birliyə ən laiq olan şəxslər məhz Əhli-beyt tərəfdarları, yəni bizlərik.

İmamın düşüncəsində “vəhdət”

Mübarək hədisə əsasən, “Allahın əli camaatladır”. Dinimiz bu məsələnin önəmini bizə müxtəlif vasitələrlə bildirmişdir. Əli (ə) Nəhcül-bəlağənin 176-cı xütbəsində buyurur: “Allahın dinində rəngarənglikdən (müxtəlif simalara girməkdən) çəkinin. Çünki kərahətlə olunan birlik, razılıqla olan ixtilafdan daha yaxşıdır.”

İmam “Qasiə” xütbəsində vəhdətin səmərəsinə işarə edərək bildirir: “Camaat! Tarixə nəzər edin və insanların izzət və zillət, qələbə və məğlubiyyət səbəblərinin nə olduğuna diqqət yetirin. Belə etsəniz onların birlik, vəhdət və ittifaq halında olduqları zaman izzət və qələbə qazandıqlarını, təfriqə, ayrılıq və ixtilaf zamanı isə zəlil və məğlub olduqlarını görəcəksiniz”.

İmam 127-ci xütbəsində isə belə buyurur: “İxtilaf və ayrılıqdan uzaq olun. Çünki insanlardan ayrılan şəxs, sürüdən ayrılmış heyvanın canavarın ovuna düşdüyü kimi şeytanın ovuna düşər. Ayrılığa dəvət edəni öldürün, hətta əmmaməli olsa belə.”

İmam digər xütbəsində (192) vəhdətin önəminə işarə edərək buyurur: “Allah islam ümmətinə vəhdət və qardaşlıqla minnət qoyub və onun kölgəsində yaşamaq üçün şərait yaradıb. Bu elə bir nemətdir ki, heç kim onun dəyərini təyin edə bilməz. Çünki bu, hər dəyərdən daha dəyərli və hər gözəllikdən daha gözəldir”.

İmama (ə) görə “vəhdət” nədir?

Düşmən bu gün islamın təklif etdiyi müsbət (hətta vicdandan qaynaqlanan) prinsipləri psixaloji olaraq insanların düşüncəsində mənfiyə çevirmək üçün çalışır. Çox təəssüf olsun ki, bəzən buna nail olur. Məsələn vəhdəti “istifadə” kimi qələmə verir. Belə ki bizə vəhdət təklif edildiyi zaman, həmin şəxsin bizim nüfuz, düşüncə və ya hansısa mövqeyimizdən istifadə edəcəyini düşünürük. İmam bu düşüncənin üzərindən xət çəkərək, “Qasiə” xütbəsində vəhdət edənlərin xüsusiyyətlərinə işarə edərək (ə) buyurur: “Onların istəyi (hədəfi) eyni, qəlbləri bir, əlləri və qılıncları bir-birilərinin yardımçısı, baxışları və iradələri bir tərəfə yönəlmişdir”.

İmama (ə) görə vəhdətin faydaları nədir?

Bilməliyik ki, vəhdət əvvəla ağıl baxımından zəruridir. Digər tərəfdən ilahi dəyərlər də buna təkid edir.

İmamın sözlərinə əsasən vəhdətin bir neçə faydasını sadalamaq olar:

1.Dinin qorunması

“Mən gördüm ki, bir qrup islamdan üz döndərərək, Muhəmmədin (s) dinini aradan aparmaq istəyirlər. Bu zaman gördüm ki, islam və müsəlmanlara yardım etməsəm islamın aradan getməsinin və zərbə görəcəyinin şahidi olacağam. Hansıki onun müsibəti mənim üçün sizə hökmranlıq edə bilməməkdən daha ağırdır. Beləliklə həmin qarışıqlıq zamanında ayağa qalxdım. Bununla da batil aradan getdi və din möhkəmlənərək aramlıq tapdı.” (Nəhcül-bəlağə, 62-inci məktub)

2.İctimi ədalətin bərpası

“İnsanlar rəhbərinin, rəhbər isə insanlaraın haqqını əda etdiyi(vəhdətin olduğu) məmləkətdə haqq izzət tapar, dinin yolları aydınlaşar, ədalətin əlamətləri görünər və Peyğəmbərin (s) sünnəsi bərpa olar. Zəmanə islah olar və düşmən öz arzusuna çatmaqda məyus olar. Belə olmadığı halda vəhdət aradan gedər və zülmün nişanələri görünər, dində oyunların baş verməsi çoxalar, Peyğəmbərin sünnəsinin yolu ilə gedənlər azalar, nəfsi istəklərinə uyanlar çoxalar, dinin əhkamı tətil olar və qəlb xəstəlikləri artar.” (Nəhcül-bəlağə, 216-ıncı xütbə)

3.Müsəlmanların qələbəsi

“And olsun Allaha Şam əhlinin sizə tezliklə qələbə çalacağını bilirdim. Çünkü onlar batilə dəstək olmaqda vəhdətə sahibdirlər, siz isə haqqın müdafiyəsində ixtilafdasınız.” (Nəhcül-bəlağə, 25-inci xütbə)


İmama görə vəhdətə nail olmaq üçün nə etməli?

1.Peyğəmbərə (s) və Qurana möhkəm sarılmaq

“Allahları vahid, peyğəmbərləri və kitabları da birdir. Görəsən Allah onları ixtilafa dəvət edib ki, ona itaət edirlər (ixtilaf içində yaşayırlar), ya ixtilafdan uzaq olmalarını tələb edib ki, itaətsizlik edirlər? (vəhdətdən uzaqdırlar).” (Nəhcül-bəlağə , xütbə 18)

2.Siyasi məsələlərdə səbrli olmaq

“Düşündükdən sonra səbr etməyi daha məntiqə uyğun bildim. Beləliklə mirasımı qarət etdiklərini gözlərimlə gördüyüm halda gözümdə çöp, boğazımda sümük qalmış kimi səbr etdim.” (Nəhcül-bəlağə, “Şiqşiqiyyə” cütbəsi)

3.Söz ədəbinə riayət etmək

“Mənfi və çirkin söz işlətməkdən çəkinin, çünkü qəlbi kin və qəzəblə doldurar.” (Ğurərul-hikəm c 2, s 298)
“Acı dilli olmaq dəyərini azaldar və qardaşlığı pozar.” (Ğurərul-hikəm c 4, s 144)

Ümüd edirəm ki, bu yazı ölkədə yaranan vəhdətin çiçəklənməsinə səbəb olar. Fürsətdən istifadə edib, günün hədəfini düzgün təyin etmiş və təyin etməkdən də əlavə tam qüvvəsi ilə reallaşdırmağa çalışan bütün ruhani qardaşlarımıza təşəkkürümü bildirirəm. Həqiqətən də bu günün vəzifəsi məhz vəhdətin yaranmasıdır. Bu məsələdə ciddi olmağa və fürsətləri dəyərləndirməyə çağırırama. İxlasla Allahın ipindən möhkəm yapışaq.

Ruhullah Novruzzadə/ İslamazeri.com üçün
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930