İnsanın lütf mənbəyi ilə rabitəsi
Mьəllif: admin1
Tarix: 1-04-2017, 12:21
İnsanın lütf mənbəyi ilə rabitəsi
Dua elm və qüdrət mənbəyi ilə möminin, çarəsizin vasitəsi, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və zatən ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda başını itirmiş və aciz durumda qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!” (Furqan, 77)

Yaxınlaşmaq və ünsiyyət
Allahı özünə yaxın hiss etmək
Dua nədir? Əslində Allahı özünə yaxın hiss etmək və Ona ürək sözünü demək.

Allahın yaxın olduğunu və baxdığını bilmək, Onu öz qarşında hiss etmək
Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Onu öz qarşınızda hiss edəsiniz, sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla” - lakin qəbində istək halının olmaması dua deyil, dil vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz”. (Əl-Kafi, c. 2, səh. 473; Hədis Əmirəl-möminindəndir (ə).) Qafil və diqqətsiz bir qəlblə dua edilsə, Allah-Taala duanı qəbul etməz. Bulaşıq ürəklər, nəfs istəkləri və ehtiraslarda qərq olmuş qafil insan necə dua edəcək? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!

Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930