DİNİN YALANA OLAN BAXIŞI
Mьəllif: admin1
Tarix: 8-01-2022, 11:21
DİNİN YALANA OLAN BAXIŞI

"İnsan üçün ən pis xüsusiyyət yalan danışmaqdır."

Nəhl surəsinin 105-ci ayəsində Qurani-Kərimin yalana olan mənfi münasibəti və yalançının həqiqi müsəlman cəmiyyətindən uzaq olması barəsində deyilir: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.”

Peyğəmbər (s) buyurur: "Sizləri düz danışmağa tövsiyə edirəm. Bu bir həqiqətdir ki, düzlük insanı xeyirxahlığa, xeyirxahlıq isə insanı cənnətə qovuşdurar.

Yalnız həqiqəti deyib, həqiqət axtaran şəxslər Allah-taalanın nəzərində düz danışanlardan hesab olunarlar. Yalan danışmaqdan çəkinin.

Yalan insanı günaha, günah isə insanı cəhənnəmə sürükləyir. Yalan danışan şəxslər isə Allahın nəzərindən düşər və Onun dərgahında yalançılardan hesab olunarlar."

Yalançı şəxslərin ən bariz xüsusiyyətlərindən biri də başqalarının dediklərinə gec inanmalarıdır. Peyğəmbərdən (s) bu haqda nəql olmuş hədisdə deyilir: "Düz danışan şəxslər başqalarının dediklərinə tez inanar, yalançı şəxslər isə başqalarını da yalançı hesab edər."

Samuel Smaylz deyir: "Bəziləri özlərinin xoşagəlməz xüsusiyyətlərini başqaları ilə müqyaisə edirlər. Lakin bilməliyik ki, başqaları rəftar və davranışlarımızı ayna tək özündə əks etdirir və onlarda müşahidə etdiyimiz yaxşı və ya pis davranışlar bizim öz rəftar və davranışlarımızdır ki, onlarda inikas olunmuşdur.”

Əxlaqi dəyərlərə yiyələnən hər bir şəxs heç vaxt yalan danışıb özünü günah çirkabında aludə etməz. Yalançı şəxslərin zahir və batinində haqq yoldan uzaq olan psixoloji çatışmazlıq vardır.

Yalana, özlərində zəiflik və süstlük hiss edən şəxslər əl atırlar. Yalan, qorxaq və bacarıqsız şəxslərin sığınacaq yeridir. İmam Əli (ə) bu barədə buyurur:

"Əgər əşyaları oxşarlıq və bir-birlərinə olan bağlılıq baxımından kənar-kənara qoysaq, düzlük şücaətin, yalan isə qorxaqlığın kənarında duracaqdır." (Ğurərul-Hikəm, səh. 605.)

İmam Əli (ə) başqa bir yerdə düz danışmağın üstünlük və verdiyi müsbət nəticələr barədə buyurur: "Düz danışan şəxslər üç şeyi əldə edərlər: camaatın etimadını qazanar, onu səmimi dost kimi qəbul edər və qəlblərində böyüklüyünə yer verərlər." (Ğurərul-Hikəm, səh. 876.)

İslam insanın fəzilətini onun düzlüyündə və düz danışmağında görür.

İmam Sadiq (ə) bu haqda buyurur:

"Bəzilərinin çoxlu namaz qılıb oruc tutmalarına aldanmayın. Çünki, ola bilsin onlar buna vərdiş etsin və vərdiş etdikləri şeydən əl çəkmək onlar üçün çətin olsun. İnsanları əmanətə vəfadar olmaları və düz danışmaları ilə sınayın və bir-birləri ilə müqayisə edin." (Usuli Kafi səh. 460.)

İmam Əli (ə) buyurur: "İnsan üçün ən pis xüsusiyyət yalan danışmaqdır." (Ğurərul-Hikəm, səh. 170.)

Günlərin biri bir şəxs Peyğəmbərin (s) yanına gəlib ondan xoşbəxtlik və səadətə çatmaq üçün tövsiyələr etməsini xahiş edir.

Peyğəmbər (s) onun xahişini qəbul edib bu qısa cümlə ona cavab verir: "Hər zaman həqiqəti de və yalandan uzaq ol!"

Deməli, din və dünya baxımından yalanın qoyduğu mənfi təsirləri araşdırmaq şüurlu insanlar üçün ən böyük ibrət və həyat dərsidir.

Həqiqi kamal isə iman və əxlaq sayəsində təcəlli tapır, həqiqi kamal olmayan yerdə isə nə asayiş olar, nə də səadət.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930