Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Mьəllif: admin1
Tarix: 21-06-2018, 10:52
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!

Ayətullah əl-üzma Vəhid Xorasani, Əbu Həmzə Somalinin İmam Hüseynin (ə) məzarını ziyarət etməyə getməsi haqqında bir hədis nəql edir:

Əbu Həmzə Somali zalım hökumətin elə bir çətin dövründə şəhidlər sərvəri həzrət Hüseyn ibn Əlinin (ə) məzarını ziyarət etmək qərarına gəlir. İmam Səccadın (ə) dövründə hökumət şiələrə çox təzyiq edirdi.

Ona görə də belə bir səfərə çıxmaq çox qorxulu idi. Əbu Həmzə yola düşür, gecələr yol gedir, gündüzlər isə Bəni Üməyyə hökumətinin məmurları onu görməsin deyə çökəkliklərdə gizlənir.

Nəhayət, belə bir çətinliklə özünü İmam Hüseynin (ə) müqəddəs hərəminin yaxınlığına çatdırır. Hərəmə çatmasına çox sevinir və fikirləşir ki, bu gecə gedib həzrəti ziyarət edərəm.

Əbu Həmzə ziyarətə getməyə hazırlaşırdı ki, birdən çox nurani bir sima onun qarşısında dayanaraq dedi: “Ey Əbu Həmzə! Bu gecə hərəmə daxil olmaq iznin yoxdur”.

Əbu Həmzə dedi: “Mən bu qədər çətin və təhlükəli yolu bu hərəmin eşqi ilə gəlmişəm. Sən də Bəni Üməyyə hökumətinin məmurlarına oxşamırsan. Nə üçün mən bu gecə ziyarətə nail olmamalıyam?”

Ancaq o nurani sima başqa cavab vermədi və yenə əvvəlki sözünü təkrar edib dedi: “Əbu Həmzə bu gecə hərəmə daxil olmaq iznin yoxdur”.

Əbu Həmzə ikinci dəfə təkid etdi. Əbu Həmzə Somali çox böyük şəxsiyyətlərdən və dördüncü imamın yaxın səhabələrindəndir. O, “Əbu Həmzə Somali” duasının sahibidir. Çöx yüksək bir mənəvi məqama malikdir.

Əbu Həmzə üçüncü dəfə təkid edəndə o nurani sima dedi: “Ey Əbu Həmzə! Sənin Allah dərgahında məqamın olduğu üçün məni görə bildin və mən sənin gözünə göründüm ki, bu mözunu sənə deyim: Mən o dörd min mələkdən (1) biriyəm ki, Hüseynin (ə) qəriblik fəryadı ucalanda ona kömək üçün özümüzü bu yerə çatdırdıq.

Ancaq biz çatanda artıq Hüseynin (ə) müqəddəs başını nizəyə vurmuşdular. Bu hadisəni görəndə Rəbbimizdən istədik ki, bizi bir də yuxarı aləmə qaytarmasın.
Bu gün bizə əmr edilmişdir ki, ins və cindən heç kimə hərəmə daxil olmaq üçün icazə verməyək”.

Əbu Həmzə soruşdu: “Bunun səbəbi nədir?”

O dedi: “Bizim xəbərimiz yoxdur. Ancaq bu qədər bilirik ki, Kəlimullah, Musa ibn İmran (ə) bir müddət idi ki, Allahdan bir hacət istəmişdi. Ona icazə verilmişdir ki, bu gecə Hüseyn ibn Əlinin (ə) məzarının yanına gələrək dua etsin və hacəti qəbul olsun”.

İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) qəbrinin yanında dörd min mələk saçları dağılmış, üst-başları tozlu, pərişan və hüzünlü halda Qiyamət gününədək ağlayırlar. Onların başçısı olan mələkin adı Mənsurdur.

Bu mələklər İmam Hüseyni (ə) ziyarət edənləri qarşılayır, onunla vidalaşanları yola salır, xəstələnənlərinə baş çəkir, vəfat edənləri üçün dua edir və cənazə namazı qılır, ölümündən sonra onlar üçün bağışlanma diləyirlər”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930