Günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun
Mьəllif: admin1
Tarix: 21-12-2016, 14:24
Günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun

Allah yanında bəndələrin ən üstünü o kəsir ki, Allah qarşısında təslim və ona təvəkkül etməyi daha artıq olsun.
Həzrət Peyğəmbərdən (s) gözəl moizələr

Mənim ümmətimin ən yaxşıları onlardır ki, dünyaya qarşı etinasız olub axirətə daha çox dəyər versinlər. Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizi eyiblərinizdən xəbərdar etsin. Allah yanında ən üstün istiğfar günahdan əl çəkib peşman olmaqdır. Allahın ən üstün bəndələri o kəslərdir ki, ibadət üçün günəş və ayı izləyirlər. (Yəni, oruc və namazların intizarındadırlar.) Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizə ibadətdə kömək etsinlər, sizi günahdan çəkindirsinlər və Alahın razılığını əldə etmək üçün yol göstərsinlər.

Məlaikələr mənə dedilər ki, sənin ümmətinin ən üstün kəsləri onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə isə onun dərdli əzabının qorxusundan ağlasınlar. Müsəlmanların ən yaxşısı odur ki, qənaəti çox, ibadəti gözəl olsun və bütün səy və himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün və qəlbini axirətə bağlasın. Belə bir kəsə Allah behiştin yüksək dərəcələrini əta edər.

Allah yanında bəndələrin ən üstünü o kəsir ki, Allah qarşısında təslim və ona təvəkkül etməyi daha artıq olsun. Mənim ümmətimin ən yaxşısı odur ki, onunla nadanlıqla rəftar etsələr səbr etsin, cinayət görsə göz yumsun, ona əziyyət etsələr dözsün. (Yəni əgər onun bu xüsusiyyətindən sui-istifadə etmirlərsə, alicənablıqla bunlardan keçsin və intiqam almaq fikrində olmasın.)

Mənim ümmətimin ən yaxşıları onlardır ki, nə o qədər nemət içində olsunlar ki, tüğyan etsinlər və nə o qədər yoxsul olsunlar ki, dilənçiliklə məşğul olsunlar. Mötədil (orta həddə) olun ki, əcr əldə edəsiniz, səfər edin ki, səhhət və qənimət əldə edəsiniz, sərt olmayın, mülayim olun. Elmi yazmaqla qoruyub saxlayın. Borcunuzu az edin ki, rahat yaşayasınız, günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun. Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox şükr edəni olasan, özün üçün istədiyin şeyi camaat üçün də istə ki, mömin olasan, qonşunla xoşrəftar ol ki, müsəlman sayılasan, dostuna və yoldaşına yaxşılıq et ki, mömin olasan, dinin vacibatına əməl et ki, abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930