Ayların baharı olan Rəbiəl-əvvəlin bərəkətləri
Mьəllif: admin1
Tarix: 4-12-2016, 10:21
Ayların baharı olan Rəbiəl-əvvəlin bərəkətləri
Rəbiəl-əvvəl ayı – ayların baharıdır. Çünki bu ayda Allahın rəhmətini hiss etmək olur. Bu ayda yer üzünə Allahın bərəkət xəzinələri və gözəl nurları enər. Çünki əziz Peyğəmbərimizin (s) mövludu bu aydadır.
Məhərrəm və Səfər aylarını arxada qoymuşuq. Ağamız Hüseynə (ə) göz yaşı tökərək, nalə edərək ruhən böyümüşük. Məhərrəm ayında tökdüyümüz göz yaşlarının bərəkəti ilə bahara çatmışıq. Bu baharda vaxtı gəlib çatmışdır ki, alnımızı səcdəyə qoyaq və bu baharın qədrini bilək.
Bu ayın mühüm əməlləri ilə tanış olaq.
İlk gecəsi. Bu gecə Leylətul-məbit adı ilə məşhurdur ki, Əmirəl-möminin (ə) Peyğəmbərin (s) hicrəti zamanı düşmənləri çaşdırmaq üçün Həzrətin (s) yatağına uzanır və düşmənlər onu Peyğəmbər (s) sayıb, hücum edirlər. Ancaq Həzrət Əlini (ə) görən zaman qılınclarını saxlayırlar. Bu gündə oruc tutmaq və Peyğəmbərin (s) və İmam Əlinin (ə) ziyarətini oxumaq savab əməllərdəndir.
Səkkizinci gün. Bu gündə hədislərimizin nəql etdiyinə görə, İmam Həsən Əsgəri (ə) şəhid olmuşdur. Bu gündə İmam Həsən Əsgərinin (ə) ziyarətini oxumaq tövsiyə edilən əməllərdəndir. (Erfan)
On ikinci gün. Bu gün əhli-təsənünün dediklərinə görə Peyğəmbərin (s) anadan olduğu gündür. Həmçinin bu gündə Peyğəmbərimiz (s) Mədinə şəhərinə daxil olmuşdur. Bu gündə iki əməli yerinə yetirmək tövsiyə olunur: 1. Oruc tutmaq. 2. İkirükətli müstəhəb namazdır ki, birinci rükətdə “Həmd”dən sonra 3 dəfə “Kafirun” surəsini oxumaq, ikinci rükətdə isə “Həmd”dən sonra 3 dəfə “Tövhid” surəsini oxumaq lazımdır.
On dördüncü gün. Yezid ibni Müaviyyə ()Allah hər ikisinə lənət eləsin) cəhənnəmə vasil olmuşdur. Onu Dəməşqdə basdırıblar, amma indiyə qədər də ondan heç bir əsər qalmamışdır.
On yeddinci gecə. Əhli-Beyt (ə) mənbələrinə görə ən mübarək gecələrdən biridir ki, Həzrət Peyğəmbər (s) dünyaya gəlmişdir. Bu gecənin əməlləri:
1. Qüsl.
2. Oruc.
3. Sədəqə vermək.
4. Həzrət Peyğəmbəri (s) yaxından və uzaqdan ziyarət etmək.
5. Əmirəl-möminini (ə) ziyarət etmək.
6. Bayram edib sevinmək.
On yeddinci gün. Bu gün həm Peyğəmbərin (s) və həm də İmam Sadiqin (ə) mövlud günləridir ki, müsəlmanların sevincini bir daha artırır. Bu gündə Allaha şükür edib, bayram etmək tövsiyə edilir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930