Allahın ipindən yapışın!
Mьəllif: admin1
Tarix: 6-11-2016, 22:57
Allahın ipindən yapışın!

Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir.
Əmirəlmöminin İmam Əlinin (ə) İmam Həsənə (ə) vəsiyyəti

Həzrət Əli (ə) buyurur: “Vətəsimu bihəblihi” (“Allahın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “etisam” kimi ifadə olunur. Bəzən “etisam” yerinə “təməssük”, “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-təala Qurani-kərimdə buyurur: “fəqəd istəmsəkə bil-urvətil vusqa”, yəni “möhkəm ipdən yapışmış olur...” (“Bəqərə”, ayə 256) “həbl” kəlməsi kəndir, ip mənasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, “Allahın ipindən “ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930