Dini dəvət zamanı təmkinli və sevgi dolu söhbət
Mьəllif: admin1
Tarix: 16-10-2016, 13:48
Dini dəvət zamanı təmkinli və sevgi dolu söhbət

Dinimizin buyruğuna görə, ruhaninin bəyanı təmkinli və aram olmalıdır. Söhbət edərkən emosiyalarını cilovlamağı bacarmalıdır. Bəzən ruhani danışarkən dini hissləri və təəssübü səbəb olur ki, səsini ucaltsın. İnsanları mənəvi dəyərlərə əhəmiyyət vermədikləri üçün danlasın. Bəzən də, sanki özünü dinin yer üzərindəki ən məsum və səlahiyyətli nümayəndəsi sayaraq, qürurla insanların üzərinə qışqırması, onları az qala təhqir etməsi, ata oğlunu danladığı kimi danlamasının şahidi olmaq mümkündür. Hər iki hal ol-duqca xoşagəlməzdir. Çünki tələsmək və qışqıraraq dan­lamaq müxtəlif səbəblərə əsasən düzgün təbliğ metodu deyildir. Ümumiyyətlə, qışqıraraq danışmaq dinimizdə pislənmiş xüsusiyyətlərdəndir. Qurani-kərimdə bu haqda ayə vardır.[1] Buna görə ki, insanların üzərinə qışqırmaq mədəniyyətdən və dindarlıqdan uzaq rəftardır, təkəbbürdən qaynaqlanan kobudluqdur.[2] Allahın elçisi (s) buyurur: “Sizə Allahın ən pis bəndəsinin kim olduğunu söyləyim? Təkəbbürlü və kobud insan... Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.”[3]

Dini təbliğ edən şəxs insanlara qışqıraraq öyüd-nəsihət etdiyi zaman, dinləyicilər dinə olan sayğılarına görə ruhaniyə etiraz etməsələr də, üzləşdikləri sərt tənqidin qarşısında istər-istəməz özünün müdafiə me-xanizmi fəal olacaqdır. Bununla da, ruhaninin sözləri təsirsiz olacaqdır. Çünki insanın fitrətində ona hücum gətirildiyi zaman müdafiə etmək hissi vardır. Elə bu­nun üçün də, dinimizdə xüsusilə də, insanlara təbliğ edən və elm öyrədən zaman kobudluq və zorakılığa yol verməməsinə təkid edilmişdir.[4]

İnsanlarla gözəl davranmaq, təkəbbür və lovğalıqdan uzaq rəftarlar etmək, dinə mülayimliklə dəvət etmək, həm ruhaninin hörmətinin çoxalmasına, həm də kəlamlarının təsirli olmasına səbəb olar. Həzrət İmam Sadiq (ə) buyurur: “Kim hörmətli olmaq istəyirsə mü-layim olsun, xar olmaq istəyirsə kobud olsun.”[5]

Qurani-kərimdə Həzrət Musaya (ə) buyurulan gözəl bir ibrət vardır. Ona, tanrılıq iddiasında olan və zül­münün həddi-hüdudu olmayan Fironu dinə dəvət etməsi üçün göndərildikdə, mehribanlıqla və aram şəkildə söhbət etməsi göstəriş verildi:“Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”[6]

_______________________________________

[1]- Loğman surəsi, 19

[2]- Qürərül-hikəm, hədis 4660; Qürərül-hikəm, hədis 5073

[3]- “Kənzül-ümmal”, hədis 5944; Munyətül-murid, səh. 213

[4]- Tənbihül-xəvatir, c. 1, səh 85

[5]- Biharül-ənvar, c. 87, səh. 269

[6] - Taha surəsi, 43-44
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031