ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ
Mьəllif: admin1
Tarix: 13-10-2016, 22:20
ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ

Peyğəmbər xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir.
Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:

«Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi və leytəl cibalə tədəkdəkət ələs-səhli».

Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı. Qardaşının yanına gəldi. Gördü ki, Ömər ibni Səd adamlarından bir dəstə ilə Həzrətə yaxınlaşmışlar. Qardaşı Hüseyn can verirdi:
«Fəsahət ey ömər əyuqtəlu Əbu Əbdillah və əntə tənzuru iləyh».
“Ey Ömər ibni Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan?
Ömər üzünü çevirdi. Göz yaşları saqqalına axırdı. Zeynəb fəryad etdi:
«Və yəhkum əma fikum muslim?»
“Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?
Heç kəs cavabını vermədi. Ömər ibni Səd qışqırdı: Atlardan düşün Hüseyni rahat buraxın...
Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir.
Hadisədən sonra
Həzrət Əba Əbdillahın ürəkyandıran şəhadətindən sonra Əhli-beyt qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir.
Və Zeynəb bu saysız çətinliklərə hamıdan artıq dözməlidir ki, o əzəmətli karvanı istənilən mənzilə yetirsin.
Demək olar ki, müsibət yükü və acı hadisəlrin çoxu Aşura günü günortadan sonrakı anlarda idi. Bu hadisələr bir-birinin ardınca, dəhşətli tufan kimi Əhli-beytə üz tuturdu. İmamın onların istəklərinin qarşısında təslim olmamasından qəzəblənən və qarşı tərəfdən heç bir müqavimət görməyən düşmən isə, hər növ cinayət və talançılığı mümkün bilir və heç bir vəhşilikdən çəkinmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930