Dəmirçinin nəsihəti
Mьəllif: admin1
Tarix: 15-09-2016, 22:46
Dəmirçinin nəsihəti

Səni bu qədər xəstəlik və bəlalara düçar edən Allahı necə sevirsən?
Bir dəmirçi çoxlu bəla və xəstəliklərə düçar olmasına baxmayaraq Allaha çox bağlı idi. Günlərin birində Allaha inamı olmayan yoldaşlarından biri ondan soruşdu: - Səni bu qədər xəstəlik və bəlalara düçar edən Allahı necə sevirsən?
Dəmirçi başını aşağı salıb bir qədər sükut etdikdən sonra dedi: - Mən dəmir bir alət düzəltmək istədikdə əvvəl bir parça dəmiri kürəyə qoyuram. Sonra onu istədiyim şəkilə salmaq üçün zindana qoyub döyürəm. Əgər ürəyim istəyən şəkilə düşsə, bilirəm ki, o faydalı bir alət olacaq. İstədiyim formaya düşmədikdə isə onu kənara qoyuram.
Bu mövzu səbəb olmuşdur, mən həmişə Allah dərgahına dua edim ki, İlahi, məni bəla kürəsinə qoy, amma kənara qoyma.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930