Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?
Mьəllif: admin1
Tarix: 22-08-2016, 11:23
Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?


İnsan Allah yanında hansı yerə hansı qədir-qiymətə malik olduğunu bilmək üçün, günah zamanı Allahın onun yanında hansı yerə malik olmasına baxmalıdır. Günah zamanı Allahdan çəkinirsə Allah da problemlər zamanı onu unutmaz. Günah zamanı Allah xofu deyə bir hissi yoxsa, belə bəndənin Allah yanında da hörməti olmaz.

Allahın seçilmiş bəndələri də belədir. Onların bizi bəyənib, bəyənmədiyini bilmək üçün peyğəmbər və Əhli-Beyt yolunu və sünnətinə hansı tərzdə əhəmiyyət verib verməməklə müəyyənləşir. Onların həyat yolu, həyat tərzləri, bizim üçün örnəkdirsə, onlara dəqiqliklə riayət ediriksə onlar da şəfaət zamanı bizi unutmazlar.

Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi:
“Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930