Nə edək ki, həqiqətləri olduğu kimi görək?
Mьəllif: admin1
Tarix: 29-07-2016, 18:30
Nə edək ki, həqiqətləri olduğu kimi görək?
Qurani-Kərim buyurur: “Allahdan qorxun! Allah sizi (həqiqətləri) öyrədir və Allah hər şeyi biləndir”. (“Bəqərə” 282).
Təqva – hər növ pislik və çirkinlikdən uzaq olmaqdır. O kəslər ki, pisliklərə bulaşıblar, həqiqətləri dərk edə bilməzlər. O kəslər ki, təəssübkeşliyə, həsədə, tamaha düçar olublar – onlar həqiqəltəri olduğu kimi görə bilməzlər. O kəsə bənzəyirlər ki, gözünə qırmızı eynək taxmışdır və hər yeri qırmızı görür.
Əgər güzgünü yaxşı təmizləsək, bizi olduğumuz kimi dəqiq göstərəcəkdir. Qəlbin də güzgüsü vardır və onu da təmizləmək lazımdır ki, maarifi dərk edə bilsin. Kin basmış qəlblər çirklənmiş qaba bənzəyir ki, əgər ora təmiz su da töksən, yenə də çirklənəcəkdir.
Günah elə bir qabardır ki, insana həqiqətləri görməyə imkan vermir. Qəlbin təmizlənməsi dedikdə, dində təqva nəzərdə tutulur. Təqva insanın suluk yolunda irəliləməsi və qürb məqamına çatması üçün zəruri olan amillərdəndir.
Təqva olmadan insan heç bir məqama çata bilməz. O zaman ki, nəfs günaha və çirkinliklərə bulaşıbdır, günahın şirinliyindən başqasını hiss etməz. Bu cür insan təyyibə həyatı əldən vermiş olar. (Tebyan)
Təqva və İlahi haramlardan çəkinmək insanın dünya və axirət həyatına çox təsirlər qoyar. Bu bərəkətlərdən biri də budur ki, insan dünyada olan zaman haqqı batildən ayıra bilir. Necə ki, insan təfəkkür edərək varlıq aləminin həqiqətləri ilə tanış olur, təqva da insana aləmlərin sirrini görməyə yardım edir. Hər nə qədər maddi istəklər az olarsa, fitri mərifətlər daha çox çiçəklənər və insan daha çox daxili ibadət edər.
Təqvalı insan dini maarifi aşkarda müşahidə edər, ancaq təqvası olmayan insan zülmətə o qədər qərq olmuşdur ki, əgər bütün İlahi nişanələri ona göstərsələr, yenə də heç nə görməz.
Ona görə də əgər insan təqva yolunu keçə bilsə, həm aləmlərin sirrini dərk edər və həm də Siratül-müstəqim yolunu asanlıqla gedə bilər. Necə ki, Allah buyurur: “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29).
Bəzən insanın ağlı həqiqətləri dərk etmək üçün hazır olar, ancaq həvəs və istəkləri ona o qədər mane olar ki, ağlının üzərinə pərdə çəkər. Bu zaman insanın haqqı batildən ayırd etməsi çətinləşər. Bu təqvadır ki, insanda zehni və qəlbi nuranilik yaradar və qabarları aradan aparar.
Əmirəl-möminin (ə) buyurur: “İnsan ağlı havayi-nəfs və şəhvət keşməkeşləri arasında aradan gedər”.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930