Əhli-Sünnət kitablarında Peyğəmbərin (s) səcdədə alınını nəyə qoyduğu deyilir?
Mьəllif: admin1
Tarix: 18-09-2019, 20:35
Əhli-Sünnət kitablarında Peyğəmbərin (s) səcdədə alınını nəyə qoyduğu deyilir?
''Peyğəmbər (s) və səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.''

Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103).

Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik.

Peyğəmbər (s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir.

Peyğəmbər (s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar.

Əhməd İbni Şüeyb Nəsai Peyğəmbərin (s) səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

Peyğəmbərin (s) bəzi səhabələri Mərvə dağının daş parçalarına səcdə edərdilər. Peyğəmbərin (s) əmisi Həmzə (ə) şəhid olduqdan sonra Peyğəmbər (s) onun torpağından götürür və Hz. Zəhra (s) o torpağdan təsbeh və möhr düzəldir.

Mədinə əhlidə bu işi görür və hər zaman səfərə getsəydilər Mədinənin torpağından özləri ilə götürərdilər. İmam Hüseyn (ə) şəhid olduqdan sonra Kərbəla torpağına səcdə məşhur oldu və ilk dəfə İmam Səccad (ə) özüylə o torpaqdan Mədinəyə gətirdi və ona səcdə edərdi.
(sual.nur-az)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930