Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
Mьəllif: admin1
Tarix: 1-10-2023, 10:23
Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?”

Həzrət buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa;

1. Kəfən satan.

2. Zərgərlik.

3. Qəssablıq.

4. Buğda satan.

5. Qul satan.

Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki, mənim ümmətimdə yeni doğulan körpə Günəşdən və onun saçdığı bütün şeylərdən üstündür.

Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər.

Qəssab daşqəlbli olar.

Buğda satan möhtəkir (baha satmaqdan ötrü mal alıb yığan adam) olar.

Qul alveri ilə məşğul olan adama gəldikdə isə Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031