Peyğəmbəri (s) qocaldan Quran ayəsi
Mьəllif: admin1
Tarix: 10-05-2021, 10:28
Peyğəmbəri (s) qocaldan Quran ayəsi
Məhəmməd Peyğəmbər (s) 63 il ömür sürüb. Digər peyğəmbərlərin (ə) həyatda qaldığı müddət və onların ömürləri ilə müqayisədə Məhəmməd Peyğəmbərin (s) həyatı qısa olub.


Məhəmməd Peyğəmbər (s) 23 il peyğəmbərlik dövrünün 13 ilini Məkkədə pütpərəstlərin arasında və cahil müşriklərin arasında, təzyiqlər, əziyyətlər, zorakılıq, təhdidlər və terror təhlükələrinin arasında yaşadı. Mədinəyə hicrət etdikdə isə hələ cahiliyyyət fikirlərindən çıxa bilməmiş müsəlman kütləsinə islamı min bir əzab-əziyyətlə təlim etməyə başlayıb.

Tirmizi Sünən əsərində səhabələrdən birindən nəql edir ki bir gün onlar peyğəmbəri sınıxmış və qocalmış halda görürlər və bunun səbəbini o həzrətdən soruşurlar

Məhəmməd Peyğəmbər (s) buyurur: Məni Hud (Hud surəsi) və onun bacıları (ona oxşar digər surələr)qocaltdı.

Hədislərə görə Hud surəsinin bacıları dedikdə əsasən Qiyamətin əzabından və pütpərəstlərə Allahın hökmünü olduğu kimi çatdırmağı əmr edən Mursəlat, Vaqiə, Nəbə və Təkvir surələrindən söhbət gedir.

Qurtubi öz təfsirində səhabələrin birindən nəql edir ki peyğəmbərin belini bükən əsasən Hud surəsi və orada yerləşən "Fəstəqim Kəma Umirtə" (Ey Məhəmməd Sənə necə əmr etmişiksə elə də möhkəm dur və müqavimət göstər) ayəsidir.

Bu ayə nazil olubsa artıq bütpərəstlər qarşısında heç bir güzəşt, mülayimlik və kompromisdən söhbət gedə bilməz. Bu ayə və buna oxşar ayələr gələcəkdə peyğəmbərin mövqeyinin nə dərəcədə zəifləyəcəyini deyil, əsasən Allahın hökmünün çatdırılmasını hədəfdə tutur.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930