Hər kim ixlasla 10 dəfə” Ya Allah!” desə, istəyi qəbul olar
Mьəllif: admin1
Tarix: 17-05-2016, 10:15
Hər kim ixlasla 10 dəfə” Ya Allah!” desə, istəyi qəbul olar
Allah – ismi-əzəmdən biri və bütün isimlərin cəm olduğu bir isim hesab olunur. Bütün cəmali və cəlali isimlər bu isimdə birləşmişdir və Allahı bu ismi ilə zikr edən şəxs, Onu bütün isimləri ilə zikr etmiş sayılır. Qurani-Kərimdə Allah kəlməsi digər isimlərdən daha çox istifadə olunmuşdur. Bəzi mötəbər hədislərdə nəql olunmuşdur ki, hər kim ixlasla 10 dəfə” Ya Allah!” desə, istəyi qəbul olar.
Allah kəlməsinin böyük ədədi 66-dır. Hər kim 66-ı dəfə hər sübh və əsr vaxtı namazdan sonra və gecənin axırında “Ya Allah!” zikrini səmimi qəlblə yerinə yetirsə, dünya və axirət məsələlərində çox xeyir tapar.
Xəlvət bir yerdə "Allah" zikrini davamlı olaraq yerinə yetirmək ömür ərzində təəccüb olunacaq halların müşahidə olumasına səbəb olur.
Mələkut aləmində "Allah" zikrinin müvəkkil mələyi İsrafil və dünyada isə Qəydu Yuşa adlı mələkdir.

(“Allahın 99 gözəl adı” kitabına istinadən)

Hazırladı: Allahverdi Əlizadə,
“Dəyərlər”in oxucusu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930