Şəhidləri digər insanlardan üstün tutan 6 imtiyaz
Mьəllif: admin1
Tarix: 14-05-2016, 20:15
Şəhidləri digər insanlardan üstün tutan 6 imtiyaz
İmam Əli buyurub: "Ölümlərin ən yaxşısı qətlə yetirilməkdir. Əgər qətlə yetirilməsəniz də, axırda öləcəksiniz. Canım əlində olan Allaha and olsun ki, mənim gözümdə başına min qılınc zərbəsi dəyməklə öldürülmək Allaha ibadət etmədən rahat yataqda ölməkdən daha yüngüldür". İmamın bu hədisi şəhidlərə verilən özünəməxsus imtiyazlara görədir.
İslaminSesi –Hədislərə əsasən, bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab azdır.

Buyurulub ki, şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər

Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid. O Allahdan o qədər mükafat görər ki, bunların əvəzini vermək üçün dəfələrlə dünyaya qayıdıb öldürülməyi arzu edər

Muttəqi Hindi Kənzul-Ummal əsərində şəhidlərin üstünlüyü barədə bir hədis nəql edib. Peyğəmbərdən nəql edilən bu hədisdə şəhidlərin digər insanlara olan 6 imatiyazı haqda söhbət açılıb

Peyğəmbər buyurub:

“Şəhidin ilk damla qanı yerə düşəndə ona 6 üstünlük verilər: Bütün xətaları bağışlanar, O bu zaman cənnətdəki oturacağını görəcək, O cənnətdə huri əl-eynlə izdivac edəcək, Qiyamət gününün qorxulu sədasından amanda qalacaq, Qəbr əzabından qurtulacaq və imanlı insan kimi zinətlənəcək”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031