Şeytanın insana ən yaxın olduğu vaxt
Mьəllif: admin1
Tarix: 10-06-2022, 10:20
Şeytanın insana ən yaxın olduğu vaxt
Altı min il ibadət edən şeytan etdiyi təkəbbüranə əməlinə görə Allah dərgahından qovulanda, Zati-Əqdəsə and içib onun bəndələrini azdıracağını və bir an belə onları rahat buraxmayacağını deyib.

Şeytan yalnız eyşi-işrət məclisləri, günhaların çox olduğu yerlərdə deyil. Şeytan ibadət məkanlarında da dolanaraq, öz tərəfdarlarını axtarır.

Günahların edildiyi məkanlardakı insanlar artıq azmışlardır, Şeytanın məqsədi isə ibadət məkanında xeyir iş başında olanları azdırmaqdır.

Hədislərə görə şeytan insanı ölüm zamanı və ehtizar halında olanları belə rahat buraxmaz və daima ona vəsvəsə edər.

Məhəmməd peyəmbərdən nəql edilən bu hədisdə buyurulur ki ölüm anı şeytanın insana daha çox yaxınlaşdığı bir vaxtdır

Müttəqi Hindinin Kənzul-Ummal əsərində gətirdiyi hədis belədir:

“Ölən yaxınlarınızın başı üstə gedin və onlara təlqin edin ki “ La İlahə İlləllah” desinlər və onları cənnətlə müjdələyin. Belə bir səhnədə dözümlü kişi və qadınlar belə mütəhəyyir olar.

Həqiqətən şeytan bu zamanda adəm övladına digər vaxtlarla müqayisədə daha yaxın olar. Canımın əlində olduğuna and olsun ki, ölüm mələyini müşahidə etmək, yüz qılınc zərbəsindəndən şiddətlidir.

Canımın əlində olduğuna and olsun dünyada olan bəndlərin hamısı dünyadan gedəndə onların bütün damarları ağrı çəkə çəkə canlarl alınacaq”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031