İlahi təqdir heç zaman məğlub olmaz
Mьəllif: admin1
Tarix: 1-06-2023, 10:31
İlahi təqdir heç zaman məğlub olmaz

İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təalanın təqdirləri məğlub olmaz, iradəsi geri qayıtmaz, tövfiqini heç bir şey qabaqlamaz”.

Hədisin şərhi.

Bu cümlələr İmam Zaman ağanın (ə.f) iki səfirinə (Osman ibn Səyid, Muhəmməd ibn Osmana) yazdığı məktubdandır.

İmam (ə.f) bu məktubda öz qeyb məsələsinə işarə etmişdir. Buyurur: “Bu mövzu – İlahi təqdirdir və qəti iradəsi ona aid edilmişdir”.

İmam (ə.f) bu nurani sözləri ilə bir neçə mövzuya işarə edir:

1. Heç kəs İlahi təqdirə qalib gələ bilməz. Onun qüdrəti bütün qüdrətlərdən daha üstündür.

2. Əgər Allah Təalanın qəti iradəsi bir şeyə aid edilsə, heç kəs bu iradəsinə qələbə çala bilməz. Yerinə yetməsinə mane ola bilməz.

İmam Səccaddan (ə) gələn duaların birində oxuyuruq: “Pərvərdigara! Həmd Sənə məxsusdur ki, təqdir edənsən və heç bir zaman məğlub olmazsan”.

3. Allah bir işi istəməyincə, heç bir səy və çalışma fayda verməz. Hər bir işi görmək üçün Allaha ümid gözü ilə baxmaq lazımdır. Ondan yardım almaq lazımdır.

Dərgahının məhbublarını vasitə qərar verərək, hacət istəmək lazımdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930