Kişidə pis, qadında yaxşı olan xislətlər İmam Əlinin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 3-11-2017, 22:16
Kişidə pis, qadında yaxşı olan xislətlər İmam Əlinin (ə) bəyanında
İbadət, Allaha itaət və şəriətin hökmlərinə əməl etmək məsələsində qadınlara xüsusi imtiyaz verilməyib. Bəzi şəriət hökmləri məsələn cihad kimi qadınların yaradılışı və fiziki qüvvəsini nəzərə alaraq, onlara vacib edilməyib. Allah hər bir şəxsi yalnız onun bacarığı qədərində mükəlləf edir.

Amma bəzi əxlaqi xislətlərin qadında olması yaxşı və bəyəniləndirsə bunun kişidə olması bəyənilmir.

Bu haqda İmam Əlidən maraqlı bir hədis var ki, hazırki dövrdə cəmiyyətdə baş verən aktual problemlərin (xüsusilədə boşanma məsələləri) həllində açar rolunu oynayır.

Nəhcul-Bəlağənin 234-cü hikmətində İmamdan belə nəql olunur:

“Qadınların xislətlərinin ən yaxşısı, kişilərin xislətlərinin ən pisi sayılır: Qürur, qorxaqlıq və paxıllıq. Çünki qadın qürurlu olsa (naməhrəm kişilərə qarşı təkəbbürlü olsa) özünü naməhrəmin ixtiyarına verməz. Qadın paxıl (əlibağlı) olsa öz və ərinin malını dağıtmaz. Qadın qorxaq olsa, ona gələn təhlükələrdən (məsələn aldanma) xoflanıb uzaqlaşar”.
İslaminSesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930