Vəzifəli şəxs necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 17-04-2016, 09:13
Vəzifəli şəxs necə olmalıdır?
Ayətullah-üzma Seyid Əli Hüseyni Sistani buyurur:

Cəmiyyətdə hər hansı vəzifəni öhdəsinə götürən insan öz işinə diqqətli olmalı, xalqa xeyir verməlidir.
Vəzifəli şəxs xalqa gizli qalan səhnələrdə xalqa xəyanət etməməlidir. Allah-Taala onun və başqalarının bütün işlərini görür.
Vəzifəli şəxs Qiyamət günü bütün əməllərinə görə sorğuya çəkiləcək. O, xalqın malını harama sərf etməməli, xalqın zərərinə addım atmamalıdır.
Vəzifəli şəxs səlahiyyətlərindən sui-istifadə edib qanunsuz işlərini ört-basdır etmək üçün partiya, qrup yaratmamalıdır.
Vəzifəli şəxs ləyaqətli insanları işdən kənarlaşdırıb özünə yaxın adamları iş başına gətirməməlidir.
Vəzifəli şəxs qohumluq, dostluq haqlarını ödəmək, başqalarının yaxşılıqlarının əvəzini çıxmaq üçün səlahiyyətlərindən istifadə etməməlidir. Vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə haramdır.
Kimisə iş başına gətirmək, kiməsə vəzifə vermək istəsəniz, haqqını almaq üçün Allahdan başqa yardımçısı olmayan bir insan seçin.

Ayətullah Sistaninin gənclərə məktubundan

Vilayet.info

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031