Qiyamət günü ən çox həsrət çəkəcək insan
Mьəllif: admin1
Tarix: 5-06-2021, 10:20
Qiyamət günü ən çox həsrət çəkəcək insan
Qiyamət gününün adlarından biri də "Həsrət günü"dür. Qiyamətdə həsrət çəkənlərdən biri dünyada olan zaman yaxşı yoldaş tapmadığına görə peşmançılıq edəcəksə digəri də peyğəmbərin davamçısı olmamasına görə özünü danlayar. O deyər :

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım» (“Furqan” 28)

O yenə deyər: “Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım». (“Furqan” 27)

Qiyamətdə özlərini danlayanlar möminlərin vəziyyəti ilə öz vəziyyətlərini müqayisə edərək peşmançılıq çəkəcəklər.

“(Amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar”. (“Ənfal” 36).

Daha çox həsrət çəkən isə axirətini başqasının dünyası ilə dəyişəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.

İmam Əli (ə) buyurur: “Qiyamət günü ən böyük təəssüf o kəsin təəssüfüdür ki, qəbuledilməz yolla mal əldə edib, cəhənnəmə gedər. Həmin malı da o kəsə irs qoyar ki, Allahın itaətində xərcləyərək, behiştə gedər”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930