İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı
Mьəllif: admin1
Tarix: 3-07-2015, 18:08
İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı


Bu gün Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imamlığı ilə növbəti cümə namazı qılndı.

İmam cümə Allaha həmd və sənadan sonra ilk xütbəsində qarşıdan gələn Qədr gecələri, həmin gecələrin dəyərindən və mübarək Qədr surəsini təfsir edərək həmin gecə ilə bağlı bir neçə sualları işıqlandırdı.

Hacı birinci xütbəsinin sonunda buyurdu ki “ Bu gecə ibadət, istiğfar və tövbə gecəsidir. Qədr gecəsinin bizim gələcəyimizdən çox keçmişimizlə əlaqəsi var. Çünki elə güman etməyək ki, o gecədə nəsə baş verəcək və bizim gələcək bir illik taleyimizdə tamamən həll edici rolu olacaq. Belə deyil sadəcə Allahın bizə lütf etdiyi növbəti fürsətdi.

Əslində biz keçən qədr gecəsindən bu günə qədər etdiyimiz əməllərlə bu gündən gələn qədr gecəsinə kimi olan taleyimizi təyin edirik.
Böyük Allah isə bizim əməllərimiz əsasında bir illik təqdirimizi müəyyən edir.

İmam cümə ikinci xütbəsində Əndəlusun (ispaniya) fəthindən danışaraq, qarşı tərəfin az bir zamanda İslam fatehlərinə təslim olunmasının, böyük itki ilə məğlub olmalarının əsas amili onların daxili ixtilaf və çəkişməsi idi.

Müsəlmanların Əndəlusu fəth etdiklərindən sonra çox surətlə və dinamik inkişafları, elmi, mədəni, iqtisadi və digər yöndən irəliləyişləri dünyanı heyrətə salmışdı.
O zaman ki, müsəlmanları həmin zamanın Avropası ilə heç bir cəhətdən müqaisə etmək mümkün deyil idi. Beləki, Avropalıların etiraf və təsdiqinə görə misal olaraq qeyd edirlər ki, o zaman Avropada olan kitabların sayı cəmi beş yüz ədəd idi.
Ancaq Kordovada bir müsəlman aliminin şəxsi kitabxanasında olan kitablarının sayı dörd yüz mindən yuxarı idi.

Digər sahələrdə də bunu kimi elm mərkəzlərinin, alimlərin ixtira edib dünyaya verdiyi tövhələrin sayı hesabı yox idi. Və burada qeyd etmək yerinə düşərdi ki, həm müsəlman, həm avropa alimlərinin etirafı budur ki, müəlmanlar Quranın göstərişinə və İslami dəyərlərə əməl etdiklərinə görə bu cür intibaha nail olublar.

Bu minvalla müsəlmanlar yeddi əsr İspaniyaya hakim oldular. Çox maraqlısıda budur ki, o zaman da müsəlmanlar həqiqi İslamı avropalılara təqdim edə bildilər. Bu mənada ki, yerli camaatın əqidə və məbədləri toxunulmaz idi, milli, dini adət və ənənələrini sərbəst yaşayırdılar. Hətta özlərinin daxili ixtilaflarını həll etmək üçün öz hakimlərinə müraciət edirdilər.

Ancaq təəssüflə qeyd etmək lazımdır ki, o zamanın müsləmanları öz dini dəyərlərindən uzaq düşərək, daxili çəkişmələrə qapıldıqlarına görə zəifləyərək geri düşdülər.

Bundan sui istifadə edən qarşı tərəf müsəlman gənclərini məşğul etmək üçün müsəlmanların yaşadıqları məntəqələrdə çoxlu fəsad mərkəzləri açdılar.
İmam cümə buyurdu ki “ Bunları danışmaqda məqsədim şayəd bizim taleyimizin və məntəqələrimizdə yayılmış ictimai fəsadların bu dərəcədə çoxalmasının o zamankı İspaniya ilə bir oxşarlığı olsun.

Biz görürük ki, içki qumar və digər fəsad mərkəzləri cəmiyyətimizin və ailələrin təməlini titrədib sökür.”
Sonda İmam cümə müsəlmanları xüsusən gəncləri daha ayıq-sayıq olmağa məntiq və əqlə uyğun dəlillərlə gələcəyə irəliləməyə çağırdı.
İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı


İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı


İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı


İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı

İmam Əli (ə) məscidində növbəti cümə namazı qılndı




ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930