Təqvanın nə kimi faydaları var?
Mьəllif: Admin
Tarix: 15-05-2021, 11:33
Təqvanın nə kimi faydaları var?
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ

"Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq..." (əraf 96)

İslam Peyğəmbəri (s) buyurur: “Elə bir xüsusiyyət var ki sizlərdən hər biriniz ona sahib olub yiyələnə bilsə dünya və axirət həmin şəxsin itaətində olar (onun ixtiyarında olar) və Cənnətə qədəm qoymaq səadətinə nail olar.

Soruşdular: Ey Allahın Rəsulu o buyurduğunuz xasiyyət hansıdır...?

Həzrət (s) buyurdu: “O təqva xüsusiyyətidir, hər kəs istəsəki insanların ən izzətlisi və ən hörmətlisi ola, gərək təqvalı olsun”.

Sonra Həzrət (s) bu ayələri oxudu:

وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجً *** وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.” (Təlaq-2)

“Və ona güman etmədiyi bir yerdən ruzi verər”. (Təlaq-3)

Bu mübarək ayələr göstərir ki təqvalı olmaq insanın hətta dünya həyatının rahatlığında çox faydalıdır.

Həqiqi təqva əhli ilahi höccətə təslim olmalıdır. Tarixə baxsaq görərik ki, bəzən təqvalı görsənən insanlar dönüb İmam qətilə yetiriblər bəzən isə İmam yolunda qətilə yetiriliblər.

Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun Cümə xütbələrindən...

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930