BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
Mьəllif: admin1
Tarix: 14-03-2018, 17:29
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün ilahiyyatçı Elçin Daşdanovun təşkilatçılığı ilə bir dəstə ruhani və inanclılar BMT-nin Tbilisidəki nümayəndəliyinin binası qarşısında Səudiyyə koalisiyasının Yəmənə etdiyi zülmə qarşı dinc etiraz aksiyası keçiriblər.

Aksiyada "Körpələr qana qəltan olunmasın!", "Ali Səuda silah satılmasın!" şüarları səsləndirilib.

İlahiyyatçı Elçin Daşdanov sonda aksiyanın qətnaməsini oxuyub.

BƏYANATIN MƏTNİ

2015-ci ildən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə olan mudaxiləsi nəticəsində bu günə kimi 75-dən çox anbar vurulmuş, həmçinin blokada nəticəsində 247 uşaq yalnız aclıqdan ölmüş, 400 min uşaq ciddi intensiv qidalanma pozulmasına görə ölüm təhlükəsi ilə üzləşib. Ümumilikdə Yəmən xalqının 20 milyonu aclıqla üz-üzə qalmışdır.

Məlum koalisyasının havadan olan raket zərbələrində minlərlə günahsız insan həyatını itirmişdir.

Yəmənin Data Project Layihəsinin (YDP) 26 mart 2015-ci ildən 15 dekabr 2017-ci ilə qədər topladığı məlumatlara əsasən, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya Yəmənə hər ay orta hesabla 474 hücum təşkil edib. Ölkəyə ciddi ziyan verən və xeyli sayda mülki vətəndaşın ölümünə səbəb olan hava əməliyyatlarının ümumi sayı isə 15500 civarındadır.

270 əməliyyatdan 98-i mülki hədəflərə qarşı olub. 98 hücumdan 33-ü yaşayış yerlərinə, 22-si infrastruktur obyektlərinə, 10-u dinc sakinlərin maşınlarına, 4-ü təhsil obyektlərinə istiqamətlənib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə qarşıdurmaların başladığı 2015-ci ilin mart ayından 2017-ci ilin dekabrına qədər müddətdə 8300 nəfərdən artıq insanın həlak olduğunu, təxminən 48000 nəfərin isə yaralandığını bildirib. Səhiyyə təşkilatlarından əldə edilən sayla bağlı rəsmi rəqəmlər tələfatın daha çox ola biləcəyini göstərir.

Bu vəhşilik nə müqəddəs Quranla düzgün deyil, nə də insan fitrəti ilə, yəni insanlıqla uyğun deyil. Biz Səudiyyə hökumətinə etiraz edərək qanlı və cinayətkar əllərini günahsız Yəmən xalqından çəkməsini tələb edirik!


BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)
BMT-nin Tbilisidəki binası qarşısında Səudiyyənin Yəmənə etdiyi zülmə qarşı aksiya keçirilib (Foto-Video)





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930