Günümüzün əsas ehtiyacı olan “VƏHDƏT”
Mьəllif: admin1
Tarix: 5-12-2017, 14:48
Günümüzün əsas ehtiyacı olan “VƏHDƏT”
Vəhdət Qurani-Kərimin ən əhəmiyyətli mövzularındandır və vəhdətin zəruriliyini bu günkü həyatımızın hər anında görmək olar.

Vəhdət bəzilərinin başa düşdüyü kimi insanın öz fikrindən vaz keçib başqasının fikrini qəbul etməsi demək deyil. Bir qrupun özünü yox edib başqa bir qrupa qoşulması da deyil. Bir məzhəbin, bir ideologiyanın öz əqidəsindən dönüb başqa bir əqidə və ideologiyanı qəbul etməsi də deyil.

Vəhdət birlik, bütövlük, bölünməzlik deməkdir.

Vəhdət bərabərlik və yekdillik içində olmaqdır.

Vəhdət Müxtəlif ideologiya və əqidələrə sahib olan insanların ortaq nöqtələrdə birləşmələri, müştərək nöqtələrdə eyni görüş və strategiyanı izləmək üçün birləşmələridir.

Vəhdət ona deyirlər ki, şiə və sünni öz aralarında olan müştərək bağlardan (Tohid, Nubuvvət, Qur'an, Qiblə, İbadətlər və s) tutaraq İslam düşmənləri müqabilində bir ümmət halına düşsünlər.

Vəhdət sünni və şiənin İslamı düşünüb bir ümmət olaraq düşmənə qarşı siyasi bir mövqedə dayanıb və hərəkət etməsidir.

Vəhdət zahiri bir müqavilə, insanların bir-birinə verdikləri qarşılıqlı bir söz deyil.

Vəhdət insanların qəlblərinə yerləşməsi vacib olan bir qardaşlıq bağıdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930