Cənnətdə nadir insanların geyinəcəyi yaşıl libas
Mьəllif: admin1
Tarix: 8-05-2017, 21:29
Bцlmə: Dualar

 İmam Səccad (ə) buyurub:

 

"Bir mömini geyindirən şəxsi Allah o dünyada yaşıl libasla geyindirər" (əl-Kafi, cild-2, səh-205)

 

Yaşadığımız cəmiyyətə çıxmaq üçün münasib libası olmayan kifayət qədər kasıb və yoxsullar var. Hazırki zamanda libassız insan yoxdur. Deməli hədisdən məqsəd abırlı şəkildə cəmiyyət arasına çıxmasını təmin edən libasdan və geyimdən söhbət gedir. Bu qışda istilik paltarları da ola bilər, məktəbə yollanan uşaqların geyimlərinin təmin edilməsi kimi də nəzərdə tutula bilər.

 

Amma hədisin zahiri tərəfindən savayı batini tərəfi də var. Bir möminə libas vermək, həmin möminə yardım edib, ona ünvanlanan iradları eybləri, töhmət və ittihamları ondan uzaqlaşdırmaqdır. Üryan insanı geyindirmək bəzi hədislərdə, abrı gedən insanın hörmət və ehtiramını cəmiyyətdə təmin edən addımları atmaq kimi qələmə verilir. Üryan insanı geyindirmək yəni həmin insana bəraət libasını geyindirmək və onun izzət və hörmət libasının cırılmamasına imkan verməmək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930