Ayətullah Cavadi Amuli: "Qurani-Kərim müsəlmanların birliyinin vektorudur"
Mьəllif: admin1
Tarix: 3-05-2017, 19:51
Bцlmə: ---

 

Ayətullah Cavadi Amuli: "Qurani-Kərim müsəlmanların birliyinin vektorudur"

Qum İslam Elmləri Mərkəzinin təqlid alimlərindən Ayətullah Abdullah Cavadi Amuli dünya müsəlmanlarının birlik və həmrəyliyinin yeganə çarənin vəhy və Qurana yönəlmək olduğunu bildirib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, mayın 1-də Qum şəhərində təşkil olunan "İslam dünyasının hüquqi birliyi və milli həmrəyliyi" simpoziumunda danışan Ayətullah Cavadi Amuli, Quran və vəhyin müsəlmanlar arasındakı birlik və həmrəyliyin bünövrəsini təşkil etməli olduğunu vurğulayıb. Dünya müsəlmanlarının birliyi tapmaq üçün ortaq dil kimi fitrət və ağla söykənməlidirlər", - deyə Ayətullah Cavadi Amuli bildirib.

Ayətullah Cavadi Amuli tarix boyu vilayət mövzusunun şiələrin daxilində vəhdətə səbəb olduğunu qeyd edib: "Tarix boyu şiələrin daxilində bir çox qrup və firqələrin olmasına və bu qruplar arasında da ixtilafların olmasına baxmayaraq, bu qruplar qətiyyən öz aralarında döyüşməyiblər. Bunun səbəbinin isə vilayət prinsipinə olan inancın ortaq cəhətlərini təşkil etməsidir".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930