Ayətullah Cavadi Amoli: "Qurani-Kərim müsəlmanların birliyinin vektorudur"
Mьəllif: admin1
Tarix: 2-05-2017, 22:28
Bцlmə: Xəbərlər

Qum İslam Elmləri Mərkəzinin təqlid alimlərindən Ayətullah Abdullah Cavadi Amoli dünya müsəlmanlarının birlik və həmrəyliyinin yeganə çarənin vəhy və Qurana yönəlmək olduğunu bildirib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, mayın 1-də Qum şəhərində təşkil olunan "İslam dünyasının hüquqi birliyi və milli həmrəyliyi" simpoziumunda danışan Ayətullah Cavadi Amoli, Quran və vəhyin müsəlmanlar arasındakı birlik və həmrəyliyin bünövrəsini təşkil etməli olduğunu vurğulayıb. Dünya müsəlmanlarının birliyi tapmaq üçün ortaq dil kimi fitrət və ağla söykənməlidirlər", - deyə Ayətullah Cavadi Amoli bildirib.

Ayətullah Cavadi Amoli tarix boyu vilayət mövzusunun şiələrin daxilində vəhdətə səbəb olduğunu qeyd edib: "Tarix boyu şiələrin daxilində bir çox qrup və firqələrin olmasına və bu qruplar arasında da ixtilafların olmasına baxmayaraq, bu qruplar qətiyyən öz aralarında döyüşməyiblər. Bunun səbəbinin isə vilayət prinsipinə olan inancın ortaq cəhətlərini təşkil etməsidir".

 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031