Gürcüstanda "Marneuli Aşura Konfransı" keçirildi - VİDEO-REPORTAJ
Mьəllif: admin1
Tarix: 22-11-2015, 18:26
Gürcüstanda "Marneuli Aşura Konfransı" keçirildi - VİDEO-REPORTAJ




Gürcüstanın Marneuli şəhərində Dəyərlər Oxucular Klubu və Gənc Əhlibeytsevərlər Forumu, Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt Aşiqləri Forumu və "Zeynəb" Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə "Marneuli Aşura Konfransı" keçirilib.

Tədbir Quran qarisi Fuad İsayevin mübarək Qurani Kərimdən ayələri tilavət etməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru Rüfət Əliyev salamlamadan sonra sözü Əhli-beyt (ə) cəmiyyətinin sədri, ilahiyyatçı Hacı Rasim Məmmədova verib. Hacı Rasim çıxışında keçirilən bu konfransın əhəmiyyətindən və Gürcüstanda Məhərrəmliyin yaşadılmasından danışıb. Hacı Rasim vurğulayıb ki, Gürcüstanda Məhərrəm-Səfər əyyamının yaşadılması ənənəsinin əsası hələ VII əsrdə qoyulub. O eyni zamanda, Gürcüstanda Məhərrəm-Səfər əyyamının yaşadılmasına dair müxtəlif mətləblərə toxunub.

Daha sonra çıxış üçün söz İçərişəhər "Cümə" məscidinin dini icmasının imam camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluya verilib. Hacı İlqar da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq belə bir möhtəşəm tədbirin keçirilməsi münasibətilə hər kəsi təbrik edib. Hacı İlqar çıxışında dünyada Aşuranın müxtəlif formalarda keçirilməsinin əhəmiyyətinə vurğu edib. O, xüsusilə belə tədbirlər keçirilməsinin Aşuranın ictimai rəydə tanıtımında önəmli rol daşımasını vurğulayıb.

Çıxış edən Dəyərlər Oxucular Klubunun moderatoru Nuran Mikayıloğlu "Dünyada Aşura" mövzusunda prezentasiya-təqdimatını tədbir iştirakçılarına çatdırıb. Çıxışçı üç istiqamət üzrə - Dünyada Məhərrəmliyin yaşadılması, Dünyada Aşuranı yaşadan təşkilat və qurumlar və Dünyada Aşuranın keçirilməsinə törədilən maneələr istiqamətləri üzrə geniş çıxış edib.

Növbəti çıxışçı - Gənc Əhlibeytsevərlər Forumunun moderatoru Asif Əzizov dünyanın ən böyük ictimai mərəzlərindən olan İslamofobiya mövzusunda geniş prezentasiya təqdim edib. Asif Əzizov İslamofobiyanın yaranma tarixi və səbəblərindən danışıb, bununla mübarizə üsullarına vurğu edib.

Daha sonra İçərişəhər "Cümə" məscidinin dini icmasının Məhərrəm-Səfər əyyamı ilə əlaqədar ziyarətinin video-sujeti tədbir iştirakçılarına təqdim edilib.

Yekunda ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu konfransın dəyərləndirməsini aparıb və dualar edib. Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

Tədbirin sonunda xatirə fotoları çəkilib.

Qeyd edək ki, tədbirə Gürcüstanın ruhaniləri, o cümlədən Hacı Hacıyev, Hacı Rizvan İsmayılov və digər ruhanilər, gürcüstanlı inanclılar qatılıb.

deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031